23 iyun 2021-ci il tarixində ABB-nin Bakı şəhəri, Nizami küçəsi - 67 ünvanında yerləşən Baş ofisində “ABB” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Pandemiya şəraitində səhmdarların sağlamlığının qorunması məqsədilə səsvermə qiyabi olub.
Toplantıda “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2020-ci il üzrə maliyyə hesabatı təsdiqlənib. Bankın yeni inkişaf strategiyasının icrası nəticəsində son illərdə kapital mövqeyi, maliyyə dayanıqlılığı və mənfəətliliyi təmin edilib. 2020-ci ilin maliyyə nəticələrinə əsasən, bank səhmdarlarına dividendin ödənilməsi məsələsinə baxılıb və ötən ilin mənfəətindən 127 milyon manat dividendin ödənilməsinə qərar verilib.
Eyni zamanda Abbas Məmmədəli oğlu İbrahimov növbəti 3 il müddətinə yenidən “ABB” ASC-nin İdarə Heyətinin sədri təyin edilib.
Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.