VISA Electron PayWave Salary

İşçiləriniz üçün münasib VISA əməkhaqqı kartı

Şərtlər

Əməkhaqqı kartı nədir?

Əməkhaqqı kartı əməkdaşınızın adına açılan bank kartıdır. İşçiyə ödəniləcək əməkhaqqı, mükafat, məzuniyyət, ezamiyyə ödənişləri və s. şirkətinizin hesabından bu karta köçürüləcək.

Əməkhaqqı kartı öz sahiblərinə fərdi kartların təqdim etdiyi bütün imkanları verir: nağd vəsaitin çıxarılması, alış-verişlərin nağdsız ödənilməsi, xidmət haqlarının ödənilməsi və s.

Əməkhaqqı kartlarının illik xidmət haqqı və bankomatlar vasitəsi ilə vəsaitlərin nağdlaşdırılmasına görə komisyon haqqı şirkətiniz tərəfindən ödənilir.

Əməkhaqqı və digər ödənişlər kartlara necə köçürülür?

  • Əməkdaşların hesab nömrələrini və köçürüləcək məbləğləri göstərilməklə banka ödəniş tapşırığını təqdım edin;
  • Nağd vəsaitin çıxarılmasına görə komisyon haqlarını ödəyin;
  • Bank həmin iş günü müvafiq  məbləğləri əməkdaşlarınızın hesablarına köçürəcək.

Üstünlüklər

Şirkətiniz üçün üstünlüklər:

  • Nağd pul vəsaitlərin daşınmasına, hesablanmasına, qorunmasına və işçilərə verilməsinə sərf edilən vaxtın və xərclərin azalması;
  • Vəsaitin əməkhaqqı kartlarına sürətli şəkildə köçürülməsi;
  • İşçilərin əməkhaqlarının məbləğləri barədə məlumatın məxfiliyi.

Kart vasitəsilə əməkhaqqı alan əməkdaşlarınız üçün üstünlüklər:

  • Heç bir əlavə xərc çəkmədən beynəlxalq ödəniş kartını əldə edirlər;
  • Vəsaitlərini 24/7 rejimində bizim geniş bankomat şəbəkəmiz vasitəsilə pulsuz, nağd şəkildə əldə edə bilərlər, üstəlik nağdsız ödənişlər, online alış-veriş və digər əməliyyatlar apara bilərlər;
  • Səyahət edərkən nağd vəsaitləri özləri ilə aparmaq zərurətindən azad olurlar, əməkhaqqı kartı vasitəsilə həm asanlıqla istənilən bankomatdan vəsait çıxara bilərlər, həm də nağdsız ödənişlər apara bilərlər;
  • Elektron xidmətlərimizdən və 24/7 rejimində işləyən bankçılıq kanallarımızdan faydalana bilərlər;
  • Sərfəli şərtlərlə nağd kredit və kart üzrə kredit limitlərini əldə edə bilərlər.

Qoşulma

Əməkdaşlarınız üçün əməkhaqqı kartlarını açmaq bu qədər asandır:

  • Xidmət olunduğunuz filial/şöbəyə yaxınlaşın;
  • Əməkhaqqı kartlarının açılmasına dair müqavilə bağlayın;
  • Əməkdaşlarınıza aid olan məlumatları əks etdirən elektron formanı doldurub filiala təqdim edin;
  • Ödəniş kartlarının buraxılmasına görə komisyon haqlarını ödəyin;
  • Təqdim etdiyiniz məlumatlar əsasında hər bir əməkdaşının adına cari hesab açılacaq və ödəniş kartı buraxılacaq;
  • Kartlar işçilərinizə vermək üçün şirkətinizin nümayəndəsinə təhvil veriləcək;
  • Əməkhaqqı köçürmək istədiyiniz zaman, filiala müvafiq ödəniş tapşırığını təqdim edin.

Tariflər

Kart əməliyyatları

Əməkhaqqı layihəsi çərçivəsində kartlara köçürülən vəsait

0.80%

Əməkhaqqı və biznes/korporativ kartların buraxılışı

ödəniş kartlarının buraxılış qiymətləri ilə tənzimlənir

POS-terminalın quraşdırılması

pulsuz

POS-terminalın quraşdırılması üçün sığorta depozitinin məbləği

0

ABB Mobile
YÜKLƏ