İnternet Bank

Yeni İnternet Bank

Korporativ müştərilərin etibarlı tərəfdaşı olan ABB-nin yeni İnternet Bank vasitəsilə xidmətlərin istifadə prosedurlarını daha rahat və sadə, əməliyyatların sürətli apara bilərsiniz. ABB-nin filial və şöbələrinə gəlmədən istədiyiniz yerdən yeni İnternet Bank xidməti üzərindən bir sıra üstünlüklərdən istifadə edə bilərsiniz:

  • Çat vasitəsilə ABB ilə ayrı-ayrı əməliyyatlara dair yazışmalar aparmaq;
  • Rəsmi sənədlərin surətini yükləyib onlayn qaydada göndərmək;
  • Hesablarınızı nəzarətdə saxlayıb çıxarışlar əldə etmək;
  • Müxtəlif köçürmələr etmək;
  • Əməkhaqqı ödənişlərini aparmaq;
  • Vergi və ƏDV də daxil olmaqla bir çox ödənişlər etmək;
  • Konvertasiya əməliyyatlarını həyata keçirmək;
  • Əməkhaqqı kartlarının sifariş etmək.

Yeni İnternet Bank xidmətinə keçid: https://cb.abb-bank.az/login

İnternet Bank Sizə cari, əmanət, kredit hesablarınızı uzaq məsafədən idarə etmək və bank əməliyyatlarını aparmaq imkanını verir:

  • Əməkhaqqı kartlarının sifarişi;
  • Əmək haqqı kartlarının müddətinin uzadılması;
  • İtmiş kartların yenidən sifarişi;
  • Zərurət yarandıqda kartın bloklanması;
  • Hesabdan çıxarışların formalaşdırılması;
  • Hesab qalıqlarının nəzərdən keçirilməsi;
  • Bankdaxili və ölkədaxili köçürmələrin aparılması;
  • Konvertasiya əməliyyatlarının aparılması;
  • Xaricə köçürmələrin aparılması (SWIFT vasitəsilə);
  • ƏDV-nin ödənilməsi;
  • Depozit hesablarının nəzərdən keçirilməsi;
  • Kredit əqdlərinin nəzərdən keçirilməsi;
  • Kütləvi köçürmələrin icrası;
  • Gündəlik xarici valyuta məzənnələrinin nəzərdən keçirilməsi.

Bizim İnternet Bank-da Sizin şirkətinizə uyğun olan sxemə əsasən istifadəçilərə müxtəlif, çoxpilləli işləmə hüquqlarını (sistemə məlumatların daxil edilməsi, onların təsdiqi və s.) verə bilərsiniz.

Ehtiyacınız olsa, bank SAP mühasibatlıq proqram təminatı ilə İnternet Bankın birbaşa inteqrasiyanı da apara bilər.

Qoşulma

Xidmətə qoşulmaq bu qədər asandır:

İnnovativ “Parol Kalkulyator” məhsulumuzdan faydalanaraq İnternet Bankçılıq hesablarınıza giriş icazəsini indi mobil telefonlarınız vasitəsilə də əldə edə bilərsiniz. “Parol Kalkulyatoru” bu link üzərindən mobil telefona yükləmək mümkündür:

IOS: https://itunes.apple.com/az/app/digipass-for-mobile-enterprise/id541882261?mt=8 

Android: https://play.google.com/store/apps/details?id=com.DPMOBESA&hl=ru

İstifadəçilərin nəzərinə!

21 yanvar 2020-ci il tarixindən etibarən İnternet Bank xidmətinə qoşulan müştərilər “Parol Kalkulyatoru” bu link üzərindən mobil telefona yükləmək mümkündür:

IOS: - https://apps.apple.com/tr/app/secovid/id854433981?l=tr

Android: - https://play.google.com/store/apps/details?id=com.kobil.secovid&hl=tr

  • Xidmət olunduğunuz filiala müraciət edin;
  • Sizə xidmət edən əməliyyatçı İnternet Bank sisteminə dair ətraflı məlumat verəcək;
  • Ərizə formasını doldurun və müqavilə bağlayın. Ərizədə əməkdaşlarınıza veriləcək işləmə hüquqlarını qeyd edin;
  • Hər bir əməkdaşınıza birdəfəlik parolların generatoru və qoşulmaq üçün məxfi məlumatlar veriləcək;
  • Sistemə daxil olmaq üçün İnternet Bank-ın səhifəsinə keçin;
  • Hesablarınızı idarə etməyə başlayın!

İstifadə qaydaları

İnternet Bank-dan istifadə etmək üçün aşağıdakı qaydalarla tanış olun:

İnternet Bank vasitəsi ilə əmək haqqı fayllarının yüklənilməsinə dair video təlim: https://www.abb-bank.az/site/assets/files/2915/ibar_video_2d.mp4

Yeni İnternet Bank üzrə istifadə qaydaları

İnternet Bank üzrə İstifadə Qaydaları

Əmək haqqı yükləmə faylının nümunəsi

Əmək haqqı yükləmə faylının nümunəsi

Kütləvi köçürmə faylı

Kütləvi köçürmə faylı

İnternet Bank üzrə əlavə məlumatlar

Tariflər

Açarların sayı bir və ya iki olduqda

pulsuz

Açarların sayı 2-dən çox olduqda əlavə hər açara görə

30 AZN

Tez-tez verilən suallar

Tez-tez verilən suallar

ABB Mobile
YÜKLƏ