Üstünlüklər
Şirkətinizin satış həcmlərini artırmaq, əməliyyat xərclərinizi azaltmaq və müştərilərə xidmət keyfiyyətini yüksəltmək istəyirsinizsə, kartların ödənişə qəbulunu təşkil etmək üçün bizə müraciət edin! Kartların ödənişə qəbulu Sizin imkanlarınızı genişləndirir:
Satış həcmini artırır
Kart sahibi həm kartındakı öz vəsaiti, həm də kredit limitindən və ya hissə-hissə ödəniş imkanından istifadə edərək alış-veriş edə bilər. Beləliklə, Siz dә satışlarınızı artırmaq imkanını əldə edirsiniz.
Xərcləri azaldır
Nağd pulun saxlanması, sayılması, banka təhvil verilməsi vә sair kimi vaxt aparan əməliyyatların aparılması ilə bağlı risklər Sizin üçün minimuma enir.
Müştərilərə xidmət keyfiyyətini yüksəldir
Kart ilə alış-veriş etmək çox asan və rahat olduğu üçün, gündən-günə daha da çox müştəri kart ödənişlərinə üstünlük verirlər. Bu səbəbdən, müəssisənizdə kartların ödənişə qəbulu müasir və müştərilərin rahatlığına dəyər verən bir şirkət olduğunuzu göstərəcək.
Qoşulma
Xidmətə qoşulmaq bu qədər asandır:
- Xidmət olduğunuz filiala/şöbəyə müraciət edin;
- Ərizə formasını doldurub onu və müqaviləni imzalayın;
- Əməkdaşlarımız әn qısa zamanda müəssisənizdə POS-terminal quraşdırıb işçiləriniz üçün təlim keçirəcəklər.
Tariflər
İstifadə qaydaları
Müəssisənizdə kartları ödənişə qəbul etmək üçün İstifadə Qaydaları ilə tanış olun: