ABB müştəriləri üçün öz layihələrinin bünövrəsini qoyması üçün qısamüddətli və uzunmüddətli korporativ kreditlərini təqdim edir.
ABB qeyri-neft sektorunda fəaliyyət göstərən iri korporativ müştərilərin ixrac yönümlü fəaliyyətinə dəstək üçün öz daxili vəsaitləri hesabına minimum 100 000 AZN-dən başlayaraq “İxraca dəstək” kredit məhsulunu və “İxraca dəstək” tarif paketi aksiyasını təqdim edir. Bu məhsuldan istehsalla məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar, o cümlədən bankın yeni müştəriləri də istifadə edə bilər.