Məlumat
Ölkənin ən böyük bankı olaraq ABB tərəfindən iqtisadiyyatın istənilən sahəsində fəaliyyət göstərən iri şirkətlərin maliyyələşdirilməsi uğurla həyata keçirilməkdədir.
Bank tərəfindən korporativ müştərilərə kreditlər (kredit xətləri), əsasən, aşağıdakı təyinatlar üzrə təqdim olunur:
- Əsas vəsaitlərin alınması üçün – Bu növ kreditlər yeni istehsal sahələrinin yaradılması, habelə mövcud olanların müasirləşdirilməsi və ya genişləndirilməsi üçün əsas vəsaitlərin (maşın, avadanlıq, yeni texnologiya və s.) alınması, həmçinin bina və tikililərin inşa edilməsi məqsədilə verilən kreditlər;
- Dövriyyə vəsaitinin artırılması üçün – Bu növ kreditlər şirkətin cari təsərrüfat fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə dövriyyə vəsaiti kimi istifadə olunmaq üçün verilən kreditlər;
- Layihələrin maliyyələşməsi üçün – Bu növ kreditlər borcalan tərəfindən təqdim edilən müxtəlif növ və məbləğdə olan yeni və mövcud biznes layihələrinin kompleks şəkildə maliyyələşdirilməsi məqsədilə verilən kreditlər;
- Borcalanın digər banklar qarşısındakı öhdəliklərinin yenidən maliyyələşdirilməsi üçün verilən kreditlər;
- Borcalan tərəfindən hər hansı bir şirkətin səhmlərinin alışının maliyyələşdirilməsi məqsədilə verilən kreditlər.
Kreditlərin məbləği, müddəti, faiz dərəcəsi və ödəniş şərtləri müştərinin cari sifarişindən və layihədən asılı olaraq fərdi qaydada təyin edilir. Sifarişin (layihənin) xarakterinə uyğun olaraq kredit üzrə əsas borcun ödənilməsi üçün möhlət müddəti müəyyən edilə bilər. Kreditin təminatlı və ya təminatsız şərtlərlə verilməsi borcalanın maliyyə vəziyyəti, kredit tarixçəsi, reputasiyası və s. faktorlardan asılı olaraq müəyyən edilir.
Bank həm öz vəsaiti hesabına, həm də yerli (Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi və s.) və xarici maliyyə qurumlarından cəlb edilən vəsait hesabına kreditlərin ayrılmasını həyata keçirir.
ABB-də kreditləşmənin üstünlükləri:
- İri məbləğdə kreditlərin ayrılması imkanının olması;
- Kreditləşmənin istənilən valyutada aparılmasının mümkünlüyü;
- Biznes layihəsindən asılı olaraq rahat ödəniş şərtlərinin müəyyən edilməsi.
Kredit sifarişlərinin Bankın müştəri xidməti strukturlarına müraciət olunmaqla və ya corporaterm@abb-bank.az elektron poçt ünvanına göndərilməklə təqdim edilməsi mümkündür.