Geri qayıtmaq

Xaricə köçürmələr

ABB ilə xaricdən pul köçürmələri etmək daha rahat və etibarlıdır. Dünyanın istənilən nöqtəsindən pul köçürmələrini qəbul edərək şəxsi və ya biznes ehtiyaclarınızı asanlıqla qarşılayın. Xaricdən köçürmələr zamanı ABB-nin təhlükəsiz və operativ xidmətləri ilə istədiyiniz nəticəni əldə edin. Bundan əlavə, bankımızın təqdim etdiyi xaricə online pul köçürmə xidməti ilə əməliyyatlarınızı vaxt itirmədən yerinə yetirəcəksiniz. İstər şəxsi, istərsə də biznes ehtiyaclarınız üçün bu xidmət mükəmməl bir seçimdir. Xaricə pul köçürmələri qaydaları barədə əlavə məlumat üçün aşağı hissəni oxuya bilərsiniz.

Şərtlər

ABB xarici bankda olan şirkətinizin və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolu olan xaricə köçürmə xidmətini təqdim edir.

Köçürmələr müxtəlif xarici valyutalarda (USD, EUR, GBP, RUR, CHF, CAD, AUD və s) aparıla bilər.

Köçürmənin maksimal məbləği məhdudiyyətsiz, lakin valyuta tənzimlənməsi qaydalarına uyğun olaraq müəyyən edilir.

Köçürmə 3 iş günü ərzində alan şəxsə çatır.

Xaricə köçürməni aparmaq üçün xidmət olunduğunuz filiala/şöbəyə 2 nüsxədə ödəniş tapşırığını təqdim edin.

Ödəniş tapşırığında aşağıdakı məlumatları qeyd edin:

  • Köçürmə tarixi;
  • Sizin rekvizitləriniz (adınız, soyadınız, hesab nömrəniz);
  • Sizin bankınızın adı;
  • Vasitəçi bank mövcud olduğu halda (onun adı və/və ya S.W.I.F.T BİK kodu göstərilir);
  • Alan bankın rekvizitləri (Bankın adı, SWIFT kodu, ölkəsi, şəhəri, filialı);
  • Alan müştərinin adı (müştərinin adı, VÖEN-ni, ünvanı);
  • Alan müştərinin hesab nömrəsi;
  • Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası;
  • Köçürmənin təyinatı;
  • Bank üçün əlavə məlumat;
  • İmza;
  • Möhür.

Tariflər

Respublikadan kənara köçürmələr

Köçürmə

0.3% (min. 30 USD ekv. -

maks. 500 USD ekv.)

"MBA-Moskva" və ya "ABB-Georgia" banklarının müştərilərinə köçürmə

0.20% (min. 10 USD ekv. -

maks. 400 USD ekv.)

Təcili icra edilən köcürmə (valyutalaşma tarixi cari iş günü olmaq şərti ilə)

0.5% (min. 40 USD ekv. -

maks. 600 USD ekv.)

İcra edilmiş köçürmənin araşdırılması

50 USD ekv.

Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi

50 USD ekv.

Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması

10 USD ekv.

Xaricə köçürməyə dair Ərizə

ABB Mobile
YÜKLƏ