Geri qayıtmaq

Ölkədaxili köçürmələr

Şərtlər

ABB Sizə ölkənin istənilən bankında olan şirkətinizin və ya digər şəxsin hesabına pul göndərməyin ən asan və sərfəli yolunu təklif edir.

Köçürmələr AZİPS və ya XÖHKS sistemi vasitəsilə, yalnız milli valyutada həyata keçirilir.

XÖHKS sistemi ilə:

  • Maksimal məbləğ 40 000 manatadək (büdcəyə ödənişlər istisna olmaqla) olan köçürmələr aparıla bilər.
  • Köçürmə 2 iş günü ərzində alan şəxsin hesabına köçürülür.

AZİPS sistemi ilə:

  • Köçürmənin maksimal məbləğinə məhdudiyyət qoyulmamışdır.
  • Köçürmə cari iş günündə saat 16:30-dək qəbul olunduğu halda həmin günün tarixi ilə, cari iş günündə saat 16:30-dan sonra qəbul olunduğu halda, növbəti iş gününün tarixi ilə icra olunur.

Ölkədaxili köçürməni aparmaq üçün xidmət olunduğunuz filial/şöbəyə 2 nüsxədə ödəniş tapşırığını təqdim etməyiniz zəruridir.

Ödəniş tapşırığında aşağıdakı məlumatların qeyd edilməsi tələb olunur:

  • Köçürmənin tarixi (ödəniş tapşırığı bank tərəfindən 3 iş günü ərzində icra oluna bilər) və nömrəsi;
  • Rekvizitləriniz (ad, soyad, hesab nömrəsi, əgər varsa VÖEN);
  • Göndərən bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i );
  • Alan müştərinin rekvizitləri (müştərinin adı, hesab nömrəsi, VÖEN-ni);
  • Alan bankın rekvizitləri (Bankın adı, kodu, VÖEN-i, müxbir hesabı, SWIFT-i );
  • Köçürülən məbləğ rəqəmlə və sözlə, köçürmənin valyutası;
  • Köçürmənin təyinatı;
  • İmzalar;
  • Möhür.

Tariflər

Respublikadaxili köçürmələr

XÖHKS vasitəsilə 0.1% (min. 1 AZN -
maks. 50 AZN)
-
AZİPS vasitəsilə 0.15% (min. 3 AZN -
maks. 100 AZN)
-
Respublikadaxili valyuta köçürməsi 0.1% (min. 1 USD ekv. -
max. 50 USD ekv.)
İcra edilmiş köçürmənin araşdırılması 10 AZN 10 USD ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi 5 AZN  5 USD ekv.
Köçürmənin icrasından sonra ödəniş sənədlərində dəyişikliklərin edilməsi  5 AZN  5 USD ekv.
Ödəniş tapşırığının geri qaytarılması üçün sorğunun qəbul olunması  5 AZN  5 USD ekv.

“A” formatlı ödəniş tapşırığı

ABB Mobile
YÜKLƏ