Geri qayıtmaq

Ani Ödəniş Sistemi

Ani Ödəniş Sistemi (AÖS) müştərilərə bank xidmətlərindən məsafədən və sürətli istifadə imkanlarını təqdim edir. Bu sistem vasitəsilə Siz ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlarla apara, fərdi sahibkar və hüquqi şəxslərin bank hesablarına milli valyutada pul vəsaiti göndərə bilərsiniz. Bu imkandan faydalanmaq üçün sadəcə ABB-nin mobil tətbiqində Ani Ödəniş Sistemi ilə vəsait göndəriləcək şəxsin FİN kodunu, VÖEN-ini və ya mobil nömrəsini, yaxud e-mailini seçməklə göndəriləcək məbləği daxil etmək kifayətdir.

Fərdi sahibkar və hüquqi şəxslər bu sistemdən faydalanmaqla köçürmə əməliyyatlarını sürətləndirəcək (AniPay köçürmə), vergi ödənişlərini anında həyata keçirəcək (AniPay Vergi, AniPay ƏDV), əməliyyat xərclərini azaldacaqlar. Bundan başqa, müştərilər ödənişləri anında qəbul edərək maliyyə axınlarını gücləndirə biləcəklər. Bununla da ödəniş əməliyyatlarını həyat keçirmək üçün iş günlərini gözləmək lazım gəlməyəcək.

Bu sistem rəqəmsal bank xidmətlərinin effektivliyini də yüksəldəcək. Müştərilərə məsafədən xidmət imkanlarını və xidmətin çeşidlərini genişləndirəcək. Hesablar üzərindən rəqəmsal ödəniş həllərinin inkişafına təkan verəcək.

Ani Ödəniş Sistemi ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

AniPay sistemindən istifadə et

ABB Mobile
YÜKLƏ