Geri qayıtmaq

ABB-dən kiçik biznesə dəstək

abb ozunu mesgulluq

ABB aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramında iştirakını davam etdirir. Oktyabr – dekabr aylarında Bank ölkəmizin müxtəlif regionlarında yaşayan 22 aztəminatlı ailəyə kiçik biznes qurmaqdan ötrü kömək göstərib. ABB-nin dəstəyi hesabına bu ailələr maldarlıq və qoyunçuluq təsərrüfatları quraraq fermerlik fəaliyyəti ilə məşğul olmağa başlayıblar.

 Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq lazımi aktivlərlə təmin edilir. ABB həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının özünüməşğulluğuna dəstək verir.

Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. ABB də kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Həmin ailələri isə Dövlət Məşğulluq Xidməti müəyyən edir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ