ABB “Xoş-beş” nağd kredit kampaniyasına başlayıb. Kampaniya çərçivəsində müştərilər ABB-dən nağd kredit alarkən illik faiz dərəcəsində müxtəlif güzəştlər qazanacaqlar. Belə ki, ABB - dən ilk dəfə kredit alan, yaxud son 90 gün ərzində ABB-də aktiv və bağlı krediti olmayan müştərilərə illik faiz dərəcəsində 3% güzəşt ediləcək. Digər banklardakı aktiv kreditini bağlayan müştərilər isə əlavə 2%-dək güzəşt əldə edəcəklər. Beləliklə, rəsmi gəliri olan, əmək haqqını istənilən bankın kartı ilə alan müştərilər bu gözəl fürsətdən yararlanaraq 5%-dək güzəşt əldə etmək imkanına sahib olacaqlar.
Kreditin şərtləri:
Məbləğ - 40 000 manatadək
Müddət - 60 ayadək
Komissiya - 0%
Sığorta haqqı - 0%
Minimal illik faiz dərəcəsi – 10.9%
📅 Kampaniya 29 fevral 2024-cü il tarixinə qədər davam edəcək.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB mobile tətbiqindən, bankın saytından, ABB-nin istənilən filialından almaq mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.