bolt surucu karti, bolt komissiyasiz kart

Bolt Kart

Bolt Kartı ilə gəlirinizi əlavə komissiyalar ödəmədən əldə edin

Bolt Kartı nədir?

Bolt sürücüləri üçün ABB və Bolt tərəfindən hazırlanmış xüsusi bir kartdır. Bu kartın əsas üstünlüyü odur ki, Bolt sürücüləri kartla sifarişləri asanlıqla qəbul edib, vergi və bank komissiyası ödəmədən ödənişi qəbul edə bilərlər.

Kartı necə əldə etmək olar?

  • ABB İnternet Banka daxil olun: İlk olaraq, internet bankda qeydiyyatdan keçməlisiniz. Bunun üçün sürücülər VÖEN hesabları ilə qeydiyyatdan keçməlidirlər.
  • Bank Hesabının Açılması: İnternet bank vasitəsilə onlayn şəkildə bank hesabınızı açmalısınız.
  • Bolt Kart Sifarişi: Bank hesabı açıldıqdan sonra, internet bank üzərindən Bolt kartını sifariş edə bilərsiniz.
  • Çatdırılma Prosesi: Kartınız 2-3 iş günü ərzində hazır olacaq, SMS məlumatlandırmadan sonra MXS (Müştəri Xidmətləri Strukturu) filialından kartı əldə edə bilərsiniz.

Pulsuz Sifariş Et!

Bolt sürücüləri üçün üstünlüklər:

  • Bolt kart sürücülərə pulsuz təqdim olunur
  • Əlavə 1% vergi və 0.5% bank komissiyası ödəmədən gəlir əldə etmə imkanı;
  • 7000 AZN*-ə qədər aylıq komissiyasız nağdlaşdırma və köçürmə imkanları;
  • ABB-nin "Faydalı Keşbek" və "Fayda Max" loyallıq proqramlarına qoşulma imkanı;
  • Sürücülərə təcili maliyyə ehtiyacları üçün kredit limiti təklif edir. Kredit xəttini 6 aylıq dövriyyədən sonra aktivləşdirmək mümkündür.
*Qeyd olunan limitdən yuxarı olan köçürmə və ya nağdlaşdırmaya görə xidmət haqqı (1% - min 1 AZN)

ABB Mobile
YÜKLƏ