Уведомление о победителе тендера

Объявление о конкурсах Уведомление о победителе тендера Прочие уведомления Реестр закрытых контрактов План закупок Отчеты о закупках Анкета поставщика
Очистить

“ABB” ASC tərəfindən ATM-lərə quraşdırılacaq təhlükəsizlik avadanlıqlarının (Hikvision) satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində yerlərin “Araznet” MMC (VÖEN: 1502600541) şirkətləri arasında bölünməsinə qərar verilmişdir.

Satınalma Komissiyası tərəfindən qalib “Araznet” MMC ilə 96,048.46 (doxsan altı min qırx səkkiz manat,46 qəpik)  manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.

 

“ABB” ASC tərəfindən inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarının mühafizə torpaqlayıcı konturlarının və kabellərin izolyasiya müqavimətlərinin ölçülməsi satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Storm-Engineering” MMC (VÖEN: 2006903391) şirkəti qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə ƏDV daxil 45,000.00 (qırx beş min) manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə hədiyyələrin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Max Print” MMC (VÖEN: 1701048771) şirkəti qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə ƏDV daxil 25,960.00 (iyirmi beş min doqquz yüz altmış) manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən kuryer xidmətlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində yerlərin “Garant Post” MMC (VÖEN: 2004330581) “Azeri Express Services” MMC (VÖEN: 1305920981) şirkətləri arasında bölünməsinə qərar verilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblərdən “Garant Post” MMC ilə 59,796.72 (əlli doqquz min yeddi yüz doxsan altı manat, 72 qəpik) manat və “Azeri Express Services” MMC ilə 39,703.28 (otuz doqquz min yeddi yüz üç manat, 28 qəpik) manat məbləğində müqavilələrin imzalanmasına qərar verilmişdir.

 “ABB” ASC tərəfindən yeni ATM-lərin satın alınması dair keçirilmiş açıq tender proseduru nəticəsində yerlərin “NBA Technologies International” MMC (VÖEN 1003268241) və “BS2 Azerbaijan” MMC (VÖEN 1505066011) şirkətləri arasında bölünməsinə qərar verilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblərdən “NBA Technologies International” MMC ilə ƏDV daxil 3,067,563.40 (üç milyon altmış yeddi min beş yüz altmış üç manat, 40 qəpik) manat və “BS2 Azerbaijan” MMC ilə ƏDV daxil 2,579,736.36 (iki milyon beş yüz yetmiş doqquz min yeddi yüz otuz altı manat, 36 qəpik) dəyərində müqavilələrin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən stikerlərin təsərrüfat subyektlərinin giriş hissələrinə yapışdırılması xidmətlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Express Courier Services” MMC şirkəti qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə ƏDV daxil (VÖEN 1404951711) 10,679.40 (on min altı yüz yetmiş doqquz manat, 40 qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

 “ABB” ASC tərəfindən kart pəstahlarının satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində yerlərin “Smart Pay Technologies” MMC və IDEMIA Solutions Czech s.r.o. şirkətləri arasında bölünməsinə qərar verilmişdir.

Satınalma Komissiyası tərəfindən IDEMIA Solutions Czech s.r.o. şirkəti ilə 627,370.00 (altı yüz iyirmi yeddi min üç yüz yetmiş) ABŞ dolları (CIP qiymət, ƏDV və gömrük xaric) və  “Smart Pay Technologies” MMC (VÖEN 1404888831) ilə 211,025.30 (iki yüz on bir min iyirmi beş manat, 30 qəpik) manat (ƏDV daxil) məbləğində müqavilələrin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən pulların daşınması üçün arabaların satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Şimal Servis” QSC qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN: 1304582641) ƏDV daxil olmaqla 10,419.40 (on min dörd yüz on doqquz manat, 40 qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən Baş ofis Yeni inzibati binasında WILO markalı nasoslara rüblük texniki xidmət və təmir işlərinin satınalınmasına dair kotirovka sorğusu keçirilmişdir.

Müsabiqənin tələblərinə cavab verən “Unimak” MMC (VÖEN 1002467431) qalib elan olunaraq,  müqavilə bağlanılması qərarı qəbul edilmişdir

ABB Mobile
YÜKLƏ