“ABB” ASC tərəfindən Agile konseptində ofislər üçün mebel avadanlıqlarının, oturacaq və kürsülərin satın alınmasına dair keçirilmiş tender sorğusu proseduru nəticəsində:
LOT 1 üzrə: “M-Kontakt” MMC (VÖEN 1400263291), “Həsənoğlu LTD” MMC (VÖEN 1300185151) və “Qardaşlar Mebel” QSC (VÖEN 1003718621) qalib seçilmişdir.
LOT 2 üzrə: “Embawood” MMC (VÖEN: 6400009481) ilə ƏDV daxil olmaqla 460,000.00 manat (dörd yüz altmış min) məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
"ABB" ASC-nin Quba, Xaçmaz, Lənkəran və Yevlax filiallarındakı hidravlik sərnişin liftlərinə aylıq texniki xidmət və təmir işlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Azimut Təchizat” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən “Vertico Service” MMC (VÖEN: 1004017041) ilə ƏDV daxil 15,000.00 (on beş min manat 00 qəpik) manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən balansda olan müxtəlif marka nəqliyyat vasitələrinin servis xidmətlərinin satın alınmasına dair keçirilmiş tender sorğusu proseduru nəticəsində "Azərtexservis" MMC (VÖEN 1404011261) və “Start Group Service” MMC (VÖEN 1505419671) qalib seçilmişdir.
“ABB” ASC tərəfindən Cisco partners lisenziyalarının satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “NSC İnformasiya Sistemləri” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən “NSC İnformasiya Sistemləri” MMC (VÖEN: 1703157691) ilə ƏDV daxil 52,510.00 (əlli iki min beş yüz on manat 00 qəpik) manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən sosial şəbəkələrin idarə edilməsi üzrə xidmətlərin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində “İmpler” MMC, “FCB Art Group” MMC və “Ağıllı Nağııllar” MMC qalib seçilmişdirlər.
Satınalma Komissiyası tərəfindən “Ağıllı Nağıllar” MMC ilə (VÖEN: 3103370651) ƏDV daxil olmaqla 84,000.00 (səksən dörd min) manat, “FCB Art Group” MMC ilə (VÖEN: 1701527531) ƏDV daxil olmaqla 81,420.00 (səksən bir min dörd yüz iyirmi) manat və “İmpler” MMC ilə (VÖEN: 2004530511) ƏDV daxil olmaqla 81,000.00 (səksən bir min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən Mini PC satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Azimut Təchizat” MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən “Azimut Təchizat” MMC (VÖEN: 1306553451) ilə ƏDV daxil 70,092.00 (yetmiş min doxsan iki manat 00 qəpik) manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən yeni serverlərin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN: 9900038351) ƏDV daxil olmaqla 407,836.32 manat (dörd yüz yeddi min səkkiz yüz otuz altı manat, otuz iki qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC tərəfindən gizli müştəri xidmətinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində "Business Insight" MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 1301883831) ƏDV daxil 47,200.00 AZN (qırx yeddi min iki yüz) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.
“ABB” ASC-nin inzibati binalarında istismar olunan split və salon (şkaf) tip kondisionerlərə texniki xidmət və təmir işlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində "Alten" MMC qalib seçilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 2001551781) ƏDV daxil 50,000.00 (əlli min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.