“ABB” ASC tərəfindən dispenser aparatlarının satın alınması üzrə açıq tenderin qiymət təkliflərinin açılışı 07.03.2025-ci il tarixində keçirilmişdir. Satınalma Komissiyasının qərarı ilə tenderin ləğv edilməsinə, texniki tələbinin yenilənərək yenidən elan edilməsinə qərar verilmişdir.
“ABB” ASC tərəfindən Cisco sviçlərin satın alınması üzrə açıq tenderin qiymət təkliflərinin açılışı 18.04.2025-ci il tarixində keçirilmişdir. Təklif edilən bütün qiymət təklifləri ehtimal olunan məbləği aşmış, Satınalma Komissiyasının qərarı ilə tenderin ləğv edilməsinə qərar verilmişdir.
“ABB” ASC tərəfindən pulların daşınması üçün arabaların satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində qalib seçilmiş “Şimal Servis” QSC (VÖEN: 1304582641) şirkəti müqavilənin imzalanmasından imtina etdiyi üçün Satınalma Komissiyası təqdim edilən aksept bildirişi ləğv edilmişdir.
Satınalma Komissiyasının qərarı ilə, qiymət kotirovkaları təqdim edən iddiaçı sayının 3-dən az olduğu nəzərə alınaraq, “ABB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ATM üçün kamera avadanlığının satın alınması üzrə kotirovka sorğusu prosedurunun davamından imtina edilmişdir.
Satınalma Komissiyasının qərarı ilə, qiymət kotirovkaları təqdim edən iddiaçı sayının 3-dən az olduğu nəzərə alınaraq, “ABB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən artırılmış reallıq (Augmented reality) softunun satın alınması üzrə kotirovka sorğusu prosedurunun davamından imtina edilmişdir.
Satınalma Komissiyasının qərarı ilə Bank tərəfindən Ehtiyat nüsxələrin saxlanması üçün məlumat saxlama sisteminin (Back-up storage Veem) satın alınmasına dair elan edilmiş açıq tender üzrə qimət təkliflərinin açılışı 25.04.2025-ci il tarixinə keçirilmişdir.
Satınalma Komissiyasının qərarı ilə Bank tərəfindən Rəqəmsal təlimin satın alınmasına dair elan edilmiş açıq tender üzrə qimət təkliflərinin açılışı 24.04.2025-ci il tarixinə keçirilmişdir.
Satınalma Komissiyasının qərarı ilə, qiymət təkliflərini təqdim edən iddiaçı sayının 3-dən az olduğu nəzərə alınaraq, “ABB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bank tərəfindən Dell serverlərinin satın alınması üzrə açıq tender sorğusu prosedurunun davamından imtina edilmişdir.
Satınalma Komissiyasının qərarı ilə, qiymət kotirovkaları təqdim edən iddiaçı sayının 3-dən az olduğu nəzərə alınaraq, “ABB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı – rayonlar, rayonlararası korporativ taksi xidmətlərinin satın alınması üzrə kotirovka sorğusu prosedurunun davamından imtina edilmişdir.