“ABB” ASC tərəfindən Radio və TV kanallarında reklam çarxlarının yerləşdirilməsi xidmətlərinin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində yerlərin "Vibeandvvave” MMC (VÖEN 1401810581) və "Universal Mccann” MMC (VÖEN 1701246431) şirkətləri arasında bölünməsinə qərar verilmişdir.
Satınalma Komissiyası tərəfindən qaliblərdən "Vibeandvvave” MMC ilə ƏDV daxil 1,354,514.75 (bir milyon üç yüz əlli dörd min beş yüz on dörd manat, 75 qəpik) manat və "Universal Mccann” MMC ilə ƏDV daxil 1,370,454.25 (bir milyon üç yüz yetmiş min dörd yüz əlli dörd manat, 25 qəpik) manat məbləğində müqavilələrin imzalanmasına qərar verilmişdir.