Назад

Bankın səhmdarlarının növbəti ümumi yığıncağı

11.04.2023

“ABB” Açıq Səhmdar Cəmiyyəti

səhmdarlarının nəzərinə!

 

          Hörmətli səhmdar!

 

          “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - “ABB” ASC) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 30.05.2023-cü il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında Bankın səhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcəkdir.

Bununla yanaşı bildiririk ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-ci maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

  1. “ABB” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2022-ci ilin maliyyə hesabatının təsdiq edilməsi;
  2. 2022-ci ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi;
  3. 2024-2026-cı illərin maliyyə nəticələrinə görə “ABB” ASC-nin əməkdaşlarının mükafatlandırılması;
  4. “ABB” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi;
  5. “ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi;

          Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallar 19.05.2023-cü il tarixindən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bu bildirişə əlavə olunan bülleten formasını dolduraraq qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 30.05.2023-cü il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir. 

 

 

 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin

  İdarə Heyəti

 

 

ABB Mobile
YÜKLƏ