Назад

ABB Səhmi Sifarişinə 7% İllik Gəlir!

ABB Səhmi Sifarişinə 7% İllik Gəlir!

ABB 01.07.2024 - 31.08.2024 tarixləri arasında səhmlərin abunə yazılışı üzrə xüsusi bir kampaniya elan edib. Kampaniya müddətində ABB səhmlərinə birdəfəlik 1000 AZN və ya daha yuxarı məbləğdə abunə yazılışı edən müştərilər üçün xüsusi gəlir imkanı təqdim edilir.

Kampaniya Şərtləri 📜

  • Kampaniya müddəti: 01.07.2024 - 31.08.2024
  • Minimum Sifariş məbləği: Birdəfəlik 1000 AZN və ya daha yuxarı
  • Gəlir faizi: Sifariş məbləğinin illik 7%-i
  • Gəlirin hesablanması: Abunə yazılışı tarixindən 10.09.2024 tarixinədək olan dövr

Hesablama Alqoritmi:

Nümunə:

  • Müştəri 11.07.2024 tarixində 5000 AZN dəyərində abunə yazılışı edir.
  • Abunə yazılışı tarixindən sifarişlərin son qəbul tarixinədək 61 gün keçir.
  • 1 günlük gəlir: 5000 AZN * 7% / 360 gün = 0.9723 AZN
  • Müştəriyə hesablanmış gəlir: 61 gün * 0.9723 AZN = 59.31 AZN

Gəlirin Ödənişi:

  • Hesablanmış vəsait sifariş günü ərzində müştərinin “Faydalı Keşbek” balansına köçürüləcək.
  • Müştəriyə bu barədə avtomatik məlumatlandırma (SMS, ABB mobile bildiriş) təqdim ediləcək.

Kampaniydan Öncə Sifariş Edənlər Üçün:

11.06.2024 – 30.06.2024 tarixləri arasında səhmlərin sifarişi üzrə birdəfəlik 1000 AZN məbləğində abunə yazılışı edən müştərilərə də müvafiq kampaniya güzəşti tətbiq ediləcək. Belə ki, müvafiq alqoritmə əsasən hesablanmış gəlir müştərilərin “Faydalı Keşbek” balanslarına köçürüləcək və müştərilərə bu barədə kommunikasiya kanalları (SMS, ABB mobile bildiriş, ehtiyac olduqda məlumat mərkəzi) vasitəsilə məlumat veriləcək.

Qeydlər:

  • Kampaniya güzəşti yalnız birdəfəlik 1000 AZN və ya daha yuxarı məbləğdə abunə yazılışlarına şamil edilir.
  • Müştəri hissəli şəkildə (məs: 300, 500, 300) abunə yazılışı edərək 1000 AZN limiti tamamladıqda kampaniya ona aid edilməyəcək.
  • Müştəri 1000 AZN-dən yuxarı 1-dən çox abunə yazılışı edərsə kampaniya güzəştləri hər bir abunə yazılışına şamil ediləcəkdir.
  • Abunə yazılışı əsasında müştəriyə gəlir olaraq hesablanmış vəsait abunə yazılışından ən geci 30 dəqiqə ərzində müştərinin “Faydalı Keşbek” balansına köçürüləcəkdir.
  • Əgər müştərinin ABB mobile tətbiqi yoxdursa, 31.08.2024 tarixinədək tətbiqi endirib, “Faydalı Keşbek” balansına yüklənmiş məbləği istifadə edə bilər. Əks halda məbləğ “Faydalı Keşbek” balansından silinəcəkdir.

Abunə Yazılışı Edin

📅 Kampaniya 31.08.2024 tarixinə qədər davam edəcək.

ABB Mobile
YÜKLƏ