Back

Sahibkarlar üçün yeni imkanlar yaradılacaq

28.04.2021

ABB-nin Sahibkarlar Klubunun təşəbbüsü ilə “25 aprel  - Sahibkarlar Günü”nə həsr olunmuş müzakirə keçirilib. Onlayn formatda aparılan müzakirələrdə KOBİA-nın, Azpromonun, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Bir Pəncərə İxraca Dəstək Mərkəzinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK), Azexport.az –ın təmsilçiləri iştirak ediblər. “Sahibkarlığın inkişafı üzrə qurum və təşkilatlar arasında birgə əməkdaşlıq perspektivləri” mövzusunda müzakirələr aparılıb. Tədbirdə adı çəkilən qurumların nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı tətbiq edilən yenilikləri bölüşüblər. İştirakçı qurumlar arasında daha effektiv əməkdaşlığın qurulması, maliyyə resurslarının sahibkarlar üçün əlçatanlığı, sahibkarlara vergi güzəştləri və maarifləndirmə işləri, iş adamlarını maraqlandıran aktual mövzularla bağlı konstruktiv müzakirələr aparılıb.

Sonda yeni əməkdaşlıq təklifləri müzakirə olunub. Yaxın aylarda aidiyyəti qurumlar sırasına Dövlət Gömrük Komitəsi, AKİA, ABAD kimi təşkilatların da cəlb olunması, sahibkarlığa dəstək yönümlü geniş platforma üzərindən xidmətlərin təqdim edilməsi məqsədəuyğun sayılıb.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı xidmət imkanları ilə bağlı məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 

ABB Mobile
YÜKLƏ