Back

Qarabağ Dirçəliş Fonduna vəsait köçürmə imkanı

23.02.2021

Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli Fərmanına uyğun olaraq, “Qarabağ Dirçəliş Fondu” dövlət qeydiyyatına alındıqdan sonra ianələrin köçürülməsi üçün Fondun xüsusi bank hesabları yaradılıb.

Bu gündən etibarən Fondun hesabına vəsait köçürülməsi yeni bank rekvizitləri vasitəsilə həyata keçiriləcək. İanələr Azərbaycan manatı və ya xarici valyutada köçürülə bilər. Vətəndaşlar Fonda köçürmələrini ABB-nin bütün filial və şöbələrində bu rekvizitlərlə, yaxud Bankın internet səhifəsində yaradılmış xüsusi bölmədən onlayn qaydada həyata keçirə bilərlər.

Qeyd edək ki, Fond dövlət qeydiyyatına alınanadək fiziki və hüquqi şəxslərin ianələri və qrantlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi xəzinə və müvəqqəti bank hesablarında toplanırdı. 

“Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ