Back

Peyvənd olunmuş pensiyaçılara ABB-dən güzəşt

26.04.2021

ABB COVID-19 koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə ölkəmizdə həyata keçirilən kütləvi peyvəndlənmə prosesinə dəstək məqsədilə maraqlı bir kampaniyaya başlayıb. Bank peyvənd olunan pensiyaçılara nağd pul kreditini 2% endirimlə təklif edir. Bu güzəşt imkanından ABB-nin peyvənd olunmuş hər bir pensiya kartı sahibi faydalana bilər.

Kampaniyanın özəllikləri:

  • Məbləğ - 20 000 manatadək
  • Müddət 48 ayadək
  • İllik faiz dərəcəsi – 16%-dən başlayaraq
  • Kampaniya 20 may tarixinə qədər keçərlidir.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Pensiyaçı müştərilər COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd olunmaları barədə sənədi də təqdim etməlidirlər. Əməkhaqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə Bankdan nağd pul kreditini əvvəlcədən sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.

Xatırladaq ki, Azərbaycanda əhalinin kütləvi peyvəndlənməsi prosesinə yanvarın 18-dən start verilib. Proses dövlət hesabına, yaş qrupları üzrə mərhələli şəkildə həyata keçirilir. Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə peyvəndlənmə üçün onlayn qaydada növbə götürə bilərlər.

Əhalinin sağlamlığının qorunması ABB üçün də ən mühüm məsələlərdəndir. Bank dövlətin bu sahədə həyata keçirdiyi tədbirlərə korporativ sosial məsuliyyəti çərçivəsində dəstək verməyə çalışır.

ABB-nin müasir, universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ