Back

ABB Tech Akademiyasında daha 50 peşəkar yetişdiriləcək!

16.05.2021

ABB-nin yaratdığı ABB Tech Akademiyasında yeni təlim proqramlarına start verilib. Bu dəfə təlimlər “UI/UX dizayn” və “Rəqəmsal marketinq” ixtisasları üzrə aparılacaq.

Namizədlərin seçimi mərhələsində proqrama ümumilikdə 1000-ə yaxın namizəd müraciət edib. Onlar arasından hər iki istiqamətdə həm ödənişli, həm də ödənişsiz olmaq üzrə ümumilikdə 50 namizəd seçilib. Müraciət edən namizədlər arasından seçim mərhələsində ən yüksək nəticə göstərmiş 20 (hər iki qrup üzrə) tələbə isə ABB-nin, eləcə də bp və onun tərəfdaşlarının (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) birgə təqaüd proqramı çərçivəsində Akademiyada ödənişsiz təhsil almaq şansı qazanıb.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. İndiyə qədər Akademiyanı 230-dan çox məzun bitirib. ABB Tech Akademiyası məzunlarının 70%-dən çoxu ABB-də, eləcə də müxtəlif yerli və xarici  şirkətlərdə işlə təmin olunub.

Belə bir Akademiyanın yaradılmasında ABB-nin məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar IT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Proqramlar haqqında daha ətraflı məlumatları buradan əldə etmək mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ