Back

ABB mobile tətbiqində Azercell ilə yeni imkanlar!

27.01.2021
iba mobile, azercell tətbiqləri, azercell tetbiqleri

ABB ABB mobile tətbiqindən istifadə edən müştərilərin imkanlarını daha da genişləndirib. Bank ölkəmizin lider mobil operatoru olan “Azercell Telekom” MMC ilə bu istiqamətdə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində ABB mobile tətbiqinə yeni funksiyalar əlavə olunub. Belə ki, indi Bankın ABB mobile tətbiqinin istifadəçiləri Azercell-in NNTV, Bookmate, BluTV və ivi xidmətlərini də bu tətbiq vasitəsilə aktivləşdirə bilərlər.

Xidmətlərə qoşulma qaydası çox sadədir. İstifadə rahatlığı və funksionallığı ilə seçilən ABB mobile-da “Digər” bölümünü seçdikdən sonra “Partnyorlar” bölümünə keçid edib “Azercell tətbiqləri” sırasında sevdiyiniz xidmətə abunə ola bilərsiniz.

Bookmate xidməti mütaliə həvəskarları üçün nəzərdə tutulub. Bu xidmət dünya və Azərbaycan ədəbiyyatının 4 milyondan çox nümunəsinin elektron və audio formatını özündə cəmləşdirir. ABB mobile vasitəsilə qoşula biləcəyiniz NNTV xidməti isə 200-dən çox yerli və xarici televiziya kanallarını internet üzərindən onlayn qaydada, yüksək keyfiyyətlə izləməyə şərait yaradır. BluTV xidməti də Türkiyə kino və seriallarını, eləcə də televiziya kanallarını smartfonlarda, yaxud SMART TV-də 4K keyfiyyətdə izləmək üçün keyfiyyətli həlldir. Kino həvəskarları Azercellin ivi xidmətinə də ABB mobile ilə qoşulub dünyanın ən populyar və eksklüziv filmlərini eyni anda 5 cihazda izləyə bilərlər.

ABB mobile tətbiqinin ən böyük üstünlüklərindən biri ƏDV faizlərini bu tətbiq vasitəsilə ən rahat şəkildə geri almağın mümkünlüyüdür. Bundan başqa, istifadəçilər kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlərini, eləcə də cərimə, ipoteka, təhsil haqqı ödənişlərini bu tətbiq vasitəsilə çox rahat şəkildə ödəyirlər. ABB mobile vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. Tətbiqlə kartdan-karta köçürmələr aparmaq, hesablar, kartlar barədə məlumatlar almaq, əməliyyat tarixçəsini əldə etmək olar. ABB mobile istifadəçiləri zəruri hallarda bu tətbiqlə kartlarını bloklaşdıra və blokdan çıxara, “SMS-xəbərdarlıq” xidmətini aktiv və deaktiv edə, ABB-nin xidmət şəbəkəsi barədə məlumat əldə edə, daim yenilənən valyuta məzənnələrindən xəbərdar ola bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş Transformasiya inzibatçısı Taleh Tahirli mobil xidmətlərin bu şəkildə uğurlu inteqrasiyasının ölkəmizdə innovasiya ekosisteminin inkişafına xidmət etdiyini bildirib: “Hər biri öz sahəsində lider olan ABB və Azercell şirkətinin bu istiqamətdə öz imkanlarını birləşdirməsi faydalı müştəri təcrübəsi formalaşdıracaq və yeni innovativ həllərin ortaya çıxmasına zəmin yaradacaq”.

Azercell-in Big Data və Təhlillər departamentinin direktoru, İstehlakçı Seqment Biznes strukturunun rəhbəri Azad Hüseynov qeyd edib: “Artıq 2 ildir ki, rəqəmsallaşma siyasətimizi uğurla həyata keçiririk. Özünəxidmət məhsullarının xüsusilə aktual olduğu bir zamanda abunəçilərimizin həyatını innovativ biznes həlləri ilə asanlaşdırmağa çalışırıq. ABB ilə birgə bu istiqamətdə daha bir önəmli addım atdığımızı düşünür və bu əməkdaşlığın müştərilərimiz üçün faydalı olacağına inanıram”.  

IOS və Android istifadəçiləri ABB mobile əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri:

ABB Mobile
YÜKLƏ