Back

Gömrük xərclərini ABB-nin İnternet Bankçılıq platformasında hesabla!

17.12.2024

ABB daha bir imkanı bizneslərə təqdim edib. Korporativ, kiçik və orta biznes müştəriləri idxal və ixrac etdikləri malların gömrük rüsumlarını ABB Business İnternet Bankçılıq platforması üzərindən əvvəlcədən hesablaya bilərlər.

Bu zaman müştərilərin "Elektron Gömrük Portalı"na daxil olub orada hesablamalar aparmasına ehtiyac qalmır. Bütün əməliyyatlar ABB Business İnternet Bankçılıq platformasında birbaşa həyata keçirilir. Beləliklə, sadə və sürətli təcrübə ilə müştərilərin işi asanlaşır.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ