Back

ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə İKT təhsili üzrə layihəyə başlayır

03.03.2022

ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə yeni layihəyə start verir. Məqsəd ölkəmizdə insan kapitalının inkişafına dəstəkdir. Layihə çərçivəsində əmək bazarı üçün peşəkar İKT mütəxəssisləri hazırlanacaq. Ali təhsil müəssisələrinin tələbə və məzunlarına proqramlaşdırma, proqram təminatı, dizayn və s. sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Sırf bu əməkdaşlıq çərçivəsində 2022-ci ildə müvafiq istiqamətlər üzrə 200 məzunun hazırlanması nəzərdə tutulur. Bundan başqa, ABB və nazirliyin birgə təşkilatçılığı əsasında ideya marafonu, inkubasiya və akselerasiya proqramları həyata keçiriləcək. Birgə tədbirlərin reallaşdırılmasında Bankın ABB Tech Akademiyasının və ABB İnnovasiya Mərkəzinin imkanlarından geniş istifadə ediləcək. Belə ki, ABB Tech Akademiyasının yaxın günlərdə elan edəcəyi növbəti proqramlarda təqaüdlü təhsil imkanı yaradılacaq.

Sözügedən layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2021-ci ildə təqdim etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində yerinə yetirilir. Bu proqramın əsas məqsədi İKT sahəsində əmək bazarının tələblərinə uyğun yetkin, yenilikçi və sahibkar təfəkkürünə malik insanların sosial icmasını formalaşdırmaqdır. Proqram çərçivəsində hazırda 500-dək gənc və yeniyetmə təqaüd əsasında təhsil alır. Onlardan 120 nəfəri məktəblidir.

ABB də ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərin hazırlanmasına, startap ekosisteminin inkişafına fəal dəstək verir. Bankın ABB Tech Akademiyası, ABB İnnovasiya Mərkəzi bir neçə ildir ki fəaliyyətdədir. ABB və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təhsil sahəsindəki əməkdaşlığı ölkədə innovasiya ekosisteminin inkişafına, innovativ məhsul və xidmətlərin yaranmasına əhəmiyyətli töhfələr verəcək.

ABB Mobile
YÜKLƏ