ABB 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı gününə özəl olaraq yeni kampaniyaya start verib. Bankın əməkhaqqı kartı sahibi olan ədliyyə işçiləri 3 dekabr tarixinə qədər nağd pul kreditini indi ABB-dən 16%-lik illik faiz dərəcəsi ilə əldə edə bilər.
Kreditin şərtləri:
Məbləğ - 30 000 manatadək
Müddət - 60 ayadək
Komissiya – 0%
İllik faiz dərəcəsi – 16%
Zaminsiz
1000 manatlıq TamKart kredit kartı hədiyyə
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Müştəri Bankın saytı vasitəsilə əvvəlcədən Randevu götürərək filiallarda krediti növbə gözləmədən əldə edə bilər. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB Mobile tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər. Kredit alan hər kəsə TamKart da hədiyyə edilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.