Back

ABB daha 15 startapa dəstək verir

14.11.2022

ABB-nin İnnovasiya Mərkəzi 3-cü İnkubasiya proqramına start verib. Proqrama 15 startap seçilib. Seçim həm fərdi müraciətlər, həm də 3-cü ABB Regional Hakatonunda iştirak etmiş komandalar arasında aparılıb. Bu proqram erkən mərhələdə olan startapların böyüməsinə dəstək verir. Startap layihələrinin bazara çıxışının təmin edilməsi istiqamətində müxtəlif dəstək imkanları yaradır.

İnkubasiya proqramında iştirak edən rezident startaplar ABB kimi güclü və dayanıqlı maliyyə institutu ilə əməkdaşlıq imkanı qazanacaqlar. ABB İnnovasiya Mərkəzindəki komandalara məhsulun inkişafı mərhələsində yerli və xarici mentorlar kömək göstərəcəklər.

Proqram başa çatandan sonra onlara öz layihələrini yerli və xarici investorlara təqdim etmək imkanı yaradılacaq. İnkubasiya proqramını uğurla tamamlamış startaplar ABB İnnovasiya Mərkəzinin akselerasiya proqramına keçid alacaqlar. Proqramlar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strateji tərəfdaşlığı ilə təşkil olunur.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ