Back

Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi

ABB-nin Müşahidə Şurası növbəti iclasını Şuşada keçirib. Bankın İdarə Heyəti ilə birgə Şuşadakı “Qarabağ” otelinin konfrans zalında təşkil edilmiş toplantıda Bankın cari inkişaf strategiyasının icrasına baxılıb, əldə olunmuş nəticələr dəyərləndirilib. İclasda ABB-nin 2022-2025-ci illər üzrə yeni strateji hədəfləri də təqdim olunub. Növbəti strateji dövrə dair məsələlərin müzakirəsi aparılıb.

ABB-nin Müşahidə Şurasının sədri Şahmar Mövsümov bildirib: “Torpaqlarımızın azad edilməsi ilə Azərbaycanın yeni inkişaf mərhələsi başlanıb. Bu ərəfədə ABB-nin yeni strategiyasının da Şuşa şəhərində müzakirəsi xüsusi önəm kəsb edir”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ