Back

ABB Miles kartlarında böyük fürsət

ABB səyahət həvəskarları üçün nəzərdə tutulmuş ABB Miles debet və kredit kartlarının qiymətində endirim elan edib. Sentyabrın 30-dək keçirilən kampaniya çərçivəsində 3 illik ABB Miles kartını 60 manata deyil, cəmi 30 manata, ABB Miles Premium kartı isə 150 manat əvəzinə, cəmi 75 manata təklif edilir. ABB Miles kartlarını həm onlayn kanallardan (abb-bank.az və abbmiles.az internet səhifələri, ABB mobile tətbiqi), həm də Bankın filial və şöbələrindən endirimlə əldə etmək olar. ABB Miles Premium kartlarında endirimlər isə yalnız onlayn kanallarda sifariş edilmiş kartlara aiddir.

Fürsətlər bununla da bitmir. Sentyabrın 30-dək ABB Miles və ABB Miles Premium Mastercard debet və kredit kart sahibləri bu kartlarla “Hotelhub” saytından etdikləri minimum 100 manatlıq otel ödənişlərinə görə 10 qat əlavə mil qazanacaqlar.

Kampaniya şərtləri:

  • Kampaniya bütün ABB Miles, Miles Premium Mastercard debet və kredit kart sahiblərinə aiddir.
  • Kampaniya müddətində “Hotelhub” saytından edilən minimum 100 AZN ekvivalentində otel ödənişlərinə görə hər müştəriyə əlavə 10 qat mil veriləcək.
  • Kampaniya müddətində hər müştəri əlavə maksimum 15 000 mil qazana bilər.
  • Kampaniya bitdikdən 14 gün sonra qazanılan mil məbləği müştərinin Mil balansına köçürülür.
  • Kampaniya müddətində bir müştəri əməliyyatına görə 2 dəfə əlavə mil qazana bilər.
  • “Bahar fürsətləri- Miles” kampaniyasında hədiyyə milləri qazanmış müştərilər kampaniyada iştirak edə bilməz.
  • Paralel keçirilən ABB Miles kampaniyalarında eyni anda iştirak edərək qalib olan müştəri kampaniyaların sonunda maksimal 15 000 Mil qazana bilər.

ABB Miles kart sahibi olun, Millər toplayaraq pulsuz səyahət edin!

ABB Miles sifariş et

ABB Mobile
YÜKLƏ