Back

ABB-dən xanımlara 8% keşbək

8 Mart Beynəlxalq Qadınlar Gününə özəl olaraq ABB xanımlar üçün yeni fürsətlər yaradıb. Bankın elan etdiyi kampaniya zamanı ABB ilə tərəfdaş məkanlarda ödənişlərini TamKart-la aparan xanım müştərilər hər ödənişə 8% keşbək qazanacaqlar.

Bu fürsətdən yararlanmaq üçün ödəniş ABB-nin POS terminalları ilə aparılmalıdır.

Kampaniya şərtləri:

  • Kampaniya yalnız TamKart-ın qadın kart sahiblərinə aid olacaq.
  • Ödəniş məbləği ən azı 20 manat olmalıdır.
  • ABB ilə tərəfdaş məkanlardakı POS terminallarda edilən əməliyyatlarda məhsulun öz keşbəki ilə birlikdə 8% keşbək hesablanacaq.
  • Hər müştəri kampaniya müddətində maksimum 50 manat keşbək qazana bilər.
  • Əlavə keşbək kampaniyadan 14 gün sonra müştərinin hesabına köçürüləcək.
  • Keşbək yalnız birdəfəlik ödənişlərə hesablanır, taksit əməliyyatlara keşbək hesablanmır.

Kampaniya martın 5-dən 8-ə qədər davam edəcək.

ABB Mobile
YÜKLƏ