Back

ABB Şəki filialını da yenilədi

Maliyyə xidmətlərinin müştərilər üçün daha da rahat və əlçatan olması məqsədilə ABB filiallarını yeniləyir, xidmət şəbəkəsini ardıcıl şəkildə inkişaf etdirir. Filialların transformasiyası layihəsinə əsasən, ABB-nin Şəki filialı da Bankın müasir konseptinə uyğun qurulub. Yenilənmiş filial Şəki şəhəri, Heydər Əliyev prospekti - 61A ünvanında xidmət göstərir.

Fərdi və korporativ müştərilər ən yüksək şəraitə malik Şəki filialında kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası layihəsinin uğurla davam etdirildiyini bildirib: “Filialların transformasiyası prosesi yalnız xarici görkəmin yenilənməsi və müştərilərə xidmət şəraitinin yaxşılaşdırılmasını deyil, həm də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əhatə edir. Bank alternativ xidmət imkanları yaratmaqla və biznes proseslərini təkmilləşdirməklə müştəri müraciətlərinin icrasının sürətləndirilməsi istiqamətində ardıcıl iş aparır. Əminik ki, yenilənmiş Şəki filialımız müştərilərə xidmət standartlarını daha da yüksəldəcək, regionun inkişafına öz töhfəsini verəcək və bütün müştərilərimizə dəstək olacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ