Back

“ABB POS mobil” xidmətində taksitlə ödəniş!

ABB sahibkarlara satışlarını artıracaq daha bir imkan yaradıb. Artıq iş adamları adi POS terminallarda olduğu kimi mobil telefonlarının POS terminal funksiyası ilə də ödənişləri taksitlə qəbul edə bilərlər. Ödənişləri 2, 3, 6, 9, 12, 18, 24 aylıq hissələrə bölmək olar.

Bankın bu xidməti “ABB POS mobil” xidməti adlanır. Hüquqi şəxslər və fərdi sahibkarlar bu imkandan faydalanaraq mobil telefonlarından POS terminal kimi də istifadə edirlər.

Bu xidmət alış-veriş zamanı müştərilərdən ödənişləri NFC-ni dəstəkləyən mobil telefonla nağdsız qəbul etmək imkanı yaradır.

“ABB POS mobil” xidmətinə qoşulmaq üçün heç bir depozit tələbi yoxdur. Müştəridən dövriyyə həcmi də tələb olunmur. Xidmətə qoşulmaqdan ötrü bura keçərək “Partnyor ol” bölməsində müraciət yerləşdirmək, yaxud filiala müraciət etmək və ya ABB-nin 937 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq kifayətdir. Onu da qeyd edək ki, ABB bu imkanı Visa beynəlxalq ödəniş sistemi ilə birgə yaradıb.

Son dövrlər ödənişlərini nağdsız və hissə-hissə ödənişlə aparmağa üstünlük verən müştərilərin sayı artdığından “ABB POS mobil” xidmətindəki taksitlə ödəniş funksiyası iş adamlarının satışlarına müsbət təsir göstərəcək.

 ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

ABB Mobile
YÜKLƏ