Etibarlı biznes tərəfdaşı olan ABB korporativ müştərilərin rahatlığı məqsədilə tam yeni İnternet Bank xidmətini təqdim edib. ABB-nin təqdim etdiyi bu rəqəmsal həll istifadənin indi daha rahat və sadə olması, əməliyyatların sürətliliyi ilə seçilir.
Bizneslərə lazım olan bütün bank xidmətlərini ABB-nin filial və şöbələrinə gəlmədən istənilən yerdən İnternet Bank vasitəsilə əldə etmək mümkündür. Yeni İnternet Bankın geniş imkanlarından həm böyük korporativ müştərilər, həm kiçik və orta sahibkarlar, həm də sahibkar fiziki şəxslər yararlana bilər.
ABB bizneslərin ehtiyaclarını nəzərə alaraq yeni İnternet Bank xidmətini daha da təkmilləşdirəcək. Xidmətə yeni funksionallıqlar əlavə olunacaq. Növbəti inkişaf dövründə İnternet Bank-a bank fəaliyyətindən kənar bir çox xidmətlər də inteqrasiya olunacaq.
ABB-nin korporativ biznes üzrə baş direktoru Nərgizxanım Biləndərli hazırda Bankın korporativ müştərilərinin həyata keçirdikləri əməliyyatların 90%-nin İnternet Bank vasitəsilə yerinə yetirildiyini qeyd edib. Onun sözlərinə görə, yeni İnternet Bank xidmətini ABB-nin Rəqəmsal inkişaf mərkəzi tamamilə yenidən qurub: “Yeni İnternet Bank xidmətimiz müştərilərimizin işini daha da asanlaşdıracaq. Onlar xidmətin rahatlığından, geniş funksionallıqlarından, sadəliyindən və sürətindən məmnun qalacaqlar”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.