Уведомление о победителе тендера

Объявление о конкурсах Уведомление о победителе тендера Прочие уведомления Реестр закрытых контрактов План закупок Отчеты о закупках Анкета партнерства
Очистить

“ABB” ASC tərəfindən yeni açılan MXS-lərin və inzibati binaların yanğın xəbərvericilərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Data TechnologiesMMC qalib seçilmişdir.

Satınalma Komissiyasının qərarı ilə qaliblə (VÖEN 1701757301) ƏDV daxil olmaqla 5.672,61 (beş min altı yüz yetmiş iki manat altmış bir qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən Naxçıvan filialı üçün təsərrüfat malları, bank ləvazimatları, çap məhsulları, yeni katriclərin alınması, mövcud katriclərin doldurulması və filialın fəaliyyəti ilə bağlı digər xərc məhsullarının satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Ziyalı” MMC qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 0201569621) ƏDV daxil olmaqla 13,750.00 (on üç min yeddi yüz əlli manat, 00 qəpik) məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən baş ofis və struktur bölmələrində istismar olunan havalandırma, VRV kanal və kaset tip soyutma sistemi qurğularına texniki xidmət və təmir işlərinin alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Alten” MMC qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN 2001551781) ƏDV daxil olmaqla 30,000 (otuz min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən Dell Serverləri və saxlancları (storage) üçün texniki dəstək xidmətinin uzadılması xidmətinin satın alınması satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən qaliblə (VÖEN: 9900038351) ƏDV daxil olmaqla 110,494.02 (bir yüz on min dörd yüz doxsan dörd manat, 02 qəpik) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən Agile konseptində ofislər üçün mebel avadanlıqlarının, oturacaq və kürsülərin satın alınmasına dair keçirilmiş tender sorğusu proseduru nəticəsində:

LOT 1 üzrə: “M-Kontakt” MMC (VÖEN 1400263291), “Həsənoğlu LTD” MMC (VÖEN 1300185151) və “Qardaşlar Mebel” QSC (VÖEN 1003718621) qalib seçilmişdir.

LOT 2 üzrə: “Embawood” MMC (VÖEN: 6400009481) ilə ƏDV daxil olmaqla 460,000.00 manat (dörd yüz altmış min) məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

"ABB" ASC-nin Quba, Xaçmaz, Lənkəran və Yevlax filiallarındakı hidravlik sərnişin liftlərinə aylıq texniki xidmət və təmir işlərinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “Azimut Təchizat” MMC qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən “Vertico Service” MMC (VÖEN: 1004017041) ilə ƏDV daxil 15,000.00 (on beş min manat 00 qəpik) manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən balansda olan müxtəlif marka nəqliyyat vasitələrinin servis xidmətlərinin satın alınmasına dair keçirilmiş tender sorğusu proseduru nəticəsində "Azərtexservis" MMC (VÖEN 1404011261) və “Start Group Service” MMC (VÖEN 1505419671) qalib seçilmişdir.

“ABB” ASC tərəfindən Cisco partners lisenziyalarının satın alınmasına dair keçirilmiş kotirovka sorğusu proseduru nəticəsində “NSC İnformasiya Sistemləri” MMC qalib seçilmişdir.

Satınalma Komissiyası tərəfindən “NSC İnformasiya Sistemləri” MMC (VÖEN: 1703157691) ilə ƏDV daxil 52,510.00 (əlli iki min beş yüz on manat 00 qəpik) manat məbləğində müqavilənin imzalanmasına qərar verilmişdir.

“ABB” ASC tərəfindən sosial şəbəkələrin idarə edilməsi üzrə xidmətlərin satın alınmasına dair keçirilmiş açıq tender proseduru nəticəsində “İmpler” MMC, “FCB Art Group” MMC  və “Ağıllı Nağııllar” MMC qalib seçilmişdirlər.

Satınalma Komissiyası tərəfindən “Ağıllı Nağıllar” MMC ilə (VÖEN: 3103370651) ƏDV daxil olmaqla 84,000.00 (səksən dörd min) manat, “FCB Art Group” MMC ilə (VÖEN: 1701527531) ƏDV daxil olmaqla 81,420.00 (səksən bir min dörd yüz iyirmi) manat və “İmpler” MMC ilə (VÖEN: 2004530511) ƏDV daxil olmaqla 81,000.00 (səksən bir min) manat məbləğində müqavilə imzalanmasına qərar verilmişdir.

ABB Mobile
YÜKLƏ