Bizkart nədir?
Bizkart ƏDV ödəyicisi olmayan kiçik sahibkarlar üçün nəzərdə tutulmuş rəqəmsal biznes kartıdır. Kartı əldə etmək üçün banka getməyə ehtiyac yoxdur, ABB Biz tətbiqi vasitəsilə kartınızı tam onlayn sifariş edə bilərsiniz
Müddət: 5 il
Qiymət: Pulsuz
Valyuta: AZN
Əsas üstünlüklər
-
Filiala getmədən onlayn sifariş imkanı
Kartı ABB Biz ilə bir neçə dəqiqəyə sifariş edə bilərsiniz. Fiziki olaraq banka yaxınlaşmağa ehtiyac yoxdur. -
PIN və təhlükəsizlik idarəçiliyi
Kartın PIN kodunu istədiyiniz zaman dəyişdirə və kartı itirdiyiniz halda dərhal bloklaya bilərsiniz – tətbiq üzərindən, vaxt itirmədən. -
Apple Pay və Google Pay ilə uyğunluq
Kartınızı mobil cüzdana əlavə edərək daha sürətli və təhlükəsiz ödənişlər edə bilərsiniz.
Niyə Bizkart?
-
Rəqəmsal yanaşma və rahatlıq
Kartınızı idarə etmək, xərcləri izləmək və əməliyyatlar aparmaq üçün yalnız ABB Biz tətbiqi kifayətdir. -
Kiçik biznes üçün ideal seçim
Aşağı komissiyalar, rahat ödənişlər və asan nəzarət – Bizkart gündəlik maliyyə işlərinizi daha asan və səmərəli edir.