Xəbər

ABB-də “Şanslı 2026” lotereya kampaniyası başlandı!

Müştərilərini daim xoş sürprizlərlə sevindirən ABB “Şanslı 2026” lotereya kampaniyasına start verib. Bu kampaniya müştərilərə avtomobil də daxil olmaqla qiymətli hədiyyələr qazandırır. Şərtlərə görə, 15.11.2025-ci tarixindən 15.01.2026-cı il tarixinə qədər ABB-nin kartları ilə aparılan hər 20 AZN ödəniş müştəriyə 1 şans qazandırır. ABB-nin yeni məhsullarından istifadə edən müştərilər isə əlavə şanslar da əldə edirlər. Belə ki, nağd kredit və depozit məhsullarından istifadə birdəfəlik 100 şans, kredit kartının sifarişi 100 şans, debet kartı sifarişi 20 şans gətirir. Bu imkan əməkhaqqı, təqaüd, biznes və sahibkar kartlarına aid deyil. Şans qazanmaq istəyən istifadəçilər ABB mobile tətbiqinin “Lotereya” bölməsinə keçid edib, “Aktiv et” düyməsini sıxıb iştiraklarını aktivləşdirməlidirlər. Eyni müştəri yalnız 1 dəfə qalib ola bilər. Birinci yerin qalibi “Li Auto L6 Pro” avtomobili qazanacaq. Digər yerlərin qaliblərinə isə, “MacBook Air 13 M4” kompüterləri, “İphone 16 Pro” telefonları, “Apple Watch Series 11” saatları, 1000 AZN-lik səyahət kartları, “AirPods 4” qulaqlıqları və “Faydalı Keşbek”lər veriləcək. Kampaniya zamanı oynanılacaq hədiyyə sayı ümumən 2026-dır. Qaliblər 03 fevral 2026-cı il tarixində ABB-nin rəsmi Facebook səhifəsində canlı yayımda elan olunacaqlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

EY Azərbaycan şirkəti ABB-nin dəstəyi ilə ölkəmizdə 7-ci dəfə “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. “EY İlin İş Adamı” müsabiqəsi 40 ilə yaxındır ki, təsis edilib və bu gün dünyanın 60-dan çox ölkəsinin 145 şəhərində keçirilir. Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 30 dekabr 2025-cü ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2026-cı ilin əvvəlində seçiləcək. Münsiflər qiymətləndirməni dövriyyədə artım, mənfəət, namizədin liderlik xüsusiyyətləri, yenilikçiliyi və yaradıcılığı, sosial məsuliyyət və dayanıqlılığa diqqət kimi müxtəlif amillərə əsaslanaraq aparacaqlar. Qalib, 2026-cı ilin mayında Monakoda keçiriləcək "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. ABB 7-ci dəfədir ki, bu müsabiqəyə dəstək verir. Sahibkarlığın təşviqi, azərbaycanlı iş adamlarının nailiyyətlərinin tanınması məqsədi daşıyan proqramın iştirakçılarının sayı ildən-ilə artır. Son illər ərzində müsabiqədə iştirak etmiş 70-dən çox sahibkar işgüzar əlaqələri genişləndirmək, biznesin inkişafı üçün yeni ideyalar əldə etmək və nüfuzlu sahibkarlar cəmiyyətinə qoşulmaq imkanı qazanıb. ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB sahibkarlığa, innovasiyalara, liderlik ruhuna davamlı dəstək verir. “EY İlin İş Adamı” proqramında ardıcıl olaraq yeddinci dəfə baş sponsor kimi iştirakımız da buna nümunədir. Bu müsabiqə biznes liderlərini öz uğur hekayələri ilə cəmiyyətimizə tanıdır, yeni nəsil sahibkarları ilhamlandırır. Belə faydalı təşəbbüslərlə ölkəmizin biznes ekosisteminə töhfələr verməkdən məmnunuq”. Müsabiqəyə buradan müraciət etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı

Ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verən ABB Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 yüksək mükafatına layiq görülüb. ABB “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” elan edilib. Bundan başqa, Bank “Beynəlxalq vergi əməl etməsi üzrə nümunəvi maliyyə institutu” adını da qazanıb. Mükafatlar 5 mart 2026-cı ildə keçirilən “Vergi sistemində gələcəyə baxış: Yeni idarəetmə modeli və data əsaslı qərarlar” forumu zamanı ABB-yə təqdim olunub. Qeyd edək ki, ABB son 3 ildə ölkəmizin dövlət büdcəsinə 433 milyon manat vergi ödəyib. Bunun 285 milyon manatı mənfəət vergisi olub. Bank vergi intizamı sahəsində də beynəlxalq standartlar tətbiq edir. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!

İnvestorlara yeni qazanc fürsətləri yaradan ABB istiqrazlarına abunə yazılışının başlandığı elan edilib. Fiziki şəxslər 17 mart 2026-cı il tarixinədək ABB istiqrazlarına abunə yazıla bilərlər. İstiqrazların əldə olunması prosesi kütləvi yerləşdirmə üsulu ilə həyata keçiriləcək. Adlı, faizli, təmin edilməmiş, sənədsiz istiqrazların 1 ədədinin nominal dəyəri 100 manatdır. Qiymətli kağızın ümumi sayı 2 buraxılışın hər birində 50 min olmaqla 100 min olacaq. ABB istiqrazları 1 və 2 il müddətinə buraxılır. Tədavül müddəti 1 il olan istiqrazlarda illik faiz dərəcəsi 10%, 2 il olanlarda 11%-dir. Faiz gəliri rüblük ödənilir və bu gəlirdən vergi tutulmur. İstiqrazların əldə edilməsində fiziki şəxslər üstünlük hüququna malikdirlər. İstiqrazların təkrar bazarda satışı imkanları da yaradılacaq. ABB istiqrazlarına ABB mobile tətbiqi vasitəsilə abunə yazılmaq mümkündür. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Xəbər

ABB Qarabağ Universitetinin 45 tələbəsinə təqaüd ayıracaq

İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qarabağ Dirçəliş Fondunun, Təhsilin İnkişafı Fondunun, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının, Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Forum çərçivəsində ABB ilə Təhsilin İnkişafı Fondu arasında təqaüd proqramına dair əməkdaşlıq sənədi imzalanıb. Anlaşmaya əsasən, Bank Qarabağ Universitetinin yüksək təhsil nailiyyətləri olan 45 tələbəsinə illik təqaüd verəcək. Təqaüd 2025–2026-cı tədris ilində Qarabağ Universitetinə qəbul olunaraq burada təhsil alan gənclərə ayrılacaq. Forum çərçivəsində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ətrafında panel müzakirələri təşkil edilib. Panel müzakirələrindən biri də Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanlarına həsr olunub. Müzakirələrdə ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli də çıxış edib. O, Qarabağ regionunda innovasiyalar və startap ekosisteminin inkişafı üçün birgə tərəfdaşlıq əsasında görülməli olan işlər barədə danışıb. ABB-nin təcrübələrini bölüşərək Bankın bu sahədə inkişaf proseslərinə verə biləcəyi töhfələri diqqətə çatdırıb. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

ABB istiqraz emissiyasının ikinci mərhələsinə start verir

ABB 27 aprel 2026-cı il tarixində istiqraz emissiyasının növbəti mərhələsinə başlayır. Bank ölkəmizin kapital bazarına bu dəfə hər biri 5 milyon manat olmaqla 2 istiqraz çıxarmağı planlaşdırır. İlkin plana əsasən, 1 illik istiqrazlar üzrə 9%, 2 illik istiqrazlar üzrə isə 10% illik gəlirlilik təklif ediləcək. Abunə yazılışı isə 2 həftə davam edəcək. ABB-nin planlaşdırdığı növbəti istiqraz emissiyaları üzrə cədvəllə buradan tanış ola bilərsiniz. Yeni emissiyalar elan edildikcə dəqiq tarixlər səhifədə göstəriləcək. ABB-nin istiqraz emissiyasında məqsədi investorlar üçün mütəmadi və əlçatan investisiya imkanları yaratmaq, ölkəmizin kapital bazarlarında davamlı aktivliyi təmin etməkdir. Xatırladaq ki, Bankın martda həyata keçirdiyi ilk emissiya zamanı hər biri 5 milyon manat olmaqla 1 il və 2 il müddətinə istiqraz buraxılışları uğurla yerləşdirilib. Beləliklə, 10 milyon manat həcmində emissiya tam reallaşdırılıb. Yüksək investor marağı nəticəsində sifarişlərin həcmi təklif edilən məbləği təxminən 5 dəfə üstələyib. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!