Müştərilərini daim xoş sürprizlərlə sevindirən ABB “Şanslı 2026” lotereya kampaniyasına start verib. Bu kampaniya müştərilərə avtomobil də daxil olmaqla qiymətli hədiyyələr qazandırır.
Şərtlərə görə, 15.11.2025-ci tarixindən 15.01.2026-cı il tarixinə qədər ABB-nin kartları ilə aparılan hər 20 AZN ödəniş müştəriyə 1 şans qazandırır. ABB-nin yeni məhsullarından istifadə edən müştərilər isə əlavə şanslar da əldə edirlər.
Belə ki, nağd kredit və depozit məhsullarından istifadə birdəfəlik 100 şans, kredit kartının sifarişi 100 şans, debet kartı sifarişi 20 şans gətirir. Bu imkan əməkhaqqı, təqaüd, biznes və sahibkar kartlarına aid deyil.
Şans qazanmaq istəyən istifadəçilər ABB mobile tətbiqinin “Lotereya” bölməsinə keçid edib, “Aktiv et” düyməsini sıxıb iştiraklarını aktivləşdirməlidirlər. Eyni müştəri yalnız 1 dəfə qalib ola bilər.
Birinci yerin qalibi “Li Auto L6 Pro” avtomobili qazanacaq. Digər yerlərin qaliblərinə isə, “MacBook Air 13 M4” kompüterləri, “İphone 16 Pro” telefonları, “Apple Watch Series 11” saatları, 1000 AZN-lik səyahət kartları, “AirPods 4” qulaqlıqları və “Faydalı Keşbek”lər veriləcək. Kampaniya zamanı oynanılacaq hədiyyə sayı ümumən 2026-dır.
Qaliblər 03 fevral 2026-cı il tarixində ABB-nin rəsmi Facebook səhifəsində canlı yayımda elan olunacaqlar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.
