Yeni ili böyük şanslarla qarşılayın! ABB kartları ilə etdiyiniz hər 20 AZN-lik nağdsız ödəniş sizə 1 şans qazandıracaq. Daha çox ödəniş, daha çox şans deməkdir.
Necə iştirak etməli?
-
ABB mobile tətbiqinə daxil olun;
-
“Lotereya” bölməsinə keçid edin;
-
“Aktiv et” düyməsinə klik edin. Lotereyada şanslar yalnız “Aktiv et” seçimi edildikdən sonra hesablanacaqdır.
Yeni ABB məhsullarından istifadə etsəniz, əlavə şanslar da qazana bilərsiniz:
Kredit və ya depozit – 100 şans (1 dəfəlik)
Kredit kartı sifarişi – 100 şans
Debet kartı sifarişi – 20 şans
Ümumilikdə 2026 qalib olacaq! Qazanmaq sırası sizdədir:
10 AZN-lik Faydalı keşbek – 1150 ədəd;
20 AZN-lik Faydalı keşbek – 500 ədəd;
50 AZN-lik Faydalı keşbek – 200 ədəd;
100 AZN-lik Faydalı keşbek – 100 ədəd;
Səyahət üzrə 1000 AZN dəyərində hədiyyə kartı – 15 ədəd;
AirPods 4 – 15 ədəd;
Apple Watch Series 11 – 15 ədəd;
İPhone 16 Pro 256GB – 15 ədəd;
MacBook Air 13 M4 – 15 ədəd;
Li Auto L6 Pro avtomobili – 1 ədəd.
Lotereya müddəti: 15 noyabr 2025 – 15 yanvar 2026
Tiraj tarixi: 3 fevral 2026
Qaliblər ABB Lottery proqramı vasitəsilə təsadüfi seçimlə müəyyən ediləcək və rəsmi ABB Facebook səhifəsində canlı yayımda elan olunacaq.
İndi ABB mobile-a daxil olun və “Şanslı 2026”da şanslar qazanaraq qalib olmaq fürsəti əldə edin.
Lotereyada yalnız 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Lotereyada əmək haqqı, təqaüd, biznes və sahibkar kartları iştirak etməyəcək.
ABB-nin əməkdaşları, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ABB-yə aidiyyəti olan şəxs hesab edilən şəxslər lotereyada iştirak edə bilməzlər.
Vergi/gömrük, dövlət və sığorta ödənişləri, maliyyə institutlarına ödənişlər, kredit ödənişləri, KartTransfer, Unique cash, Quasi cash ödənişləri və nağdlaşdırma əməliyyatları lotereya şərtlərinə aid edilməyəcək.
Lotereyada iştirak hüququ qazanmaq üçün ABB mobile tətbiqində “Lotereya” bölümünə daxil olaraq “Aktiv et” seçimi edilməlidir. İştirak hüququ qazanmış şəxslər lotereyada iştirakını dayandırmaq üçün ABB mobile tətbiqində şansların hesablandığı bölümünə daxil olaraq “Deaktiv et” seçimini etməklə lotereyada iştirak hüququndan imtina edə bilərlər.
Lotereya müddətində qazanılmış şans sayları barədə məlumatları müştərilər “ABB mobile” mobil tətbiqində yaradılmış “Lotereya” bölməsindən izləyə biləcəklər və yaxud ABB-nin 937 qısa nömrəsinə zəng etməlkə mümkün olacaqdır.
