Xəbər

ABB-də “Şanslı 2026” lotereya kampaniyası başlandı!

Müştərilərini daim xoş sürprizlərlə sevindirən ABB “Şanslı 2026” lotereya kampaniyasına start verib. Bu kampaniya müştərilərə avtomobil də daxil olmaqla qiymətli hədiyyələr qazandırır. Şərtlərə görə, 15.11.2025-ci tarixindən 15.01.2026-cı il tarixinə qədər ABB-nin kartları ilə aparılan hər 20 AZN ödəniş müştəriyə 1 şans qazandırır. ABB-nin yeni məhsullarından istifadə edən müştərilər isə əlavə şanslar da əldə edirlər. Belə ki, nağd kredit və depozit məhsullarından istifadə birdəfəlik 100 şans, kredit kartının sifarişi 100 şans, debet kartı sifarişi 20 şans gətirir. Bu imkan əməkhaqqı, təqaüd, biznes və sahibkar kartlarına aid deyil. Şans qazanmaq istəyən istifadəçilər ABB mobile tətbiqinin “Lotereya” bölməsinə keçid edib, “Aktiv et” düyməsini sıxıb iştiraklarını aktivləşdirməlidirlər. Eyni müştəri yalnız 1 dəfə qalib ola bilər. Birinci yerin qalibi “Li Auto L6 Pro” avtomobili qazanacaq. Digər yerlərin qaliblərinə isə, “MacBook Air 13 M4” kompüterləri, “İphone 16 Pro” telefonları, “Apple Watch Series 11” saatları, 1000 AZN-lik səyahət kartları, “AirPods 4” qulaqlıqları və “Faydalı Keşbek”lər veriləcək. Kampaniya zamanı oynanılacaq hədiyyə sayı ümumən 2026-dır. Qaliblər 03 fevral 2026-cı il tarixində ABB-nin rəsmi Facebook səhifəsində canlı yayımda elan olunacaqlar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı 3-cü araşdırma hesabatını təqdim edib. Bu araşdırma 2025-ci ilin 1-ci rübü üzrə paytaxtın əmlak bazarındakı vəziyyəti əks etdirir. Son dövrlər daşınmaz əmlakın alqı-satqısında azalmalar müşahidə olunur. Bu da əmlak bazarında müəyyən durğunluq yaradıb. Bu vəziyyət daha çox mənzil və torpaq sahələrinə aiddir. Fərdi yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısında artım özünü göstərir. Mənzillərin qiymətlərində davamlı artım da əmlak bazarındakı əsas tendensiyalardandır. İcarə bazarında qiymətlər də davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada daşınmaz əmlak bazarındakı dəyişikliklərə təsir göstərən digər mühüm səbəbləri də izləmək mümkündür. Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xəbər

3-cü ABB Hakatonu keçirildi!

ABB İnnovasiya Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə 3-cü ABB Hakatonunu keçirib. Hakaton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təhsil proqramı çərçivəsində təşkil olunub. İdeya marafonunda iştirak üçün 257 nəfər müraciət edib, onlardan 187 nəfər iştirak hüququ qazanıb. Yarış 67 komanda arasında gedib. Ümumilikdə 25 startap komandası seçilərək ABB İnnovasiya Mərkəzinin 3-cü İnkubasiya proqramına qəbul edilib. Proqram 1 avqust 2022-ci il tarixindən başlanacaq. İlk pre-inkubasiya mərhələsinin sonunda 1-ci, 2-ci və 3-cü yerin qalibləri müəyyənləşərək, mükafatlandırılacaqlar. 3-cü ABB Hakatonunun əsas istiqamətləri rəqəmsal bankçılıq, nağdsız ödəniş infrastrukturunun inkişafı, köçürmələrin optimallaşdırılması və “ƏDV geri al” xidmətinin inteqrasiyası ilə bağlı olub. Digər sahələrə aid innovativ ideyalar da cəlb edilib. ABB-nin bu hakatonun təşkilində əsas məqsədi ölkəmizdə innovasiya mədəniyyətini və İT ekosistemini inkişaf etdirməkdir. Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Xəbər

ABB-dən daha 3 hesabat!

ABB ölkəmizin əmək bazarı, Azərbaycanda pərakəndə ticarət sektoru, həmçinin Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı daha 3 araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Əmək bazarı ilə bağlı Bankın 1-ci hesabatında 2024 – 2025-ci illər üzrə Azərbaycanın əmək bazarının mövcud vəziyyəti, qlobal trendlərin yerli bazara təsiri və əsas sosial iqtisadi göstəricilər təhlil edilir. Burada Azərbaycanın bölgələri üzrə işçi qüvvəsi, məşğul əhali və əməkhaqqı səviyyəsi barədə maraqlı məlumatlar verilir, fəaliyyət növləri, cins, yaş, təhsil və s. qrupları üzrə təsnifatlar aparılır, Azərbaycandakı əmək vazarının digər ölkələrlə müqayisəsi verilir. Pərakəndə ticarət sektoru ilə bağlı hesabat isə ABB-nin bu mövzuda 2-ci hesabatıdır. Burada müvafiq sektorun istehlak bazarındakı payı müəyyənləşdirilir. Pərakəndə ticarət dövriyyəsi, onun növləri, pərakəndə ticarətin məhsul qrupları, istehlak qiymətləri indeksi, coğrafi təsnifat nəzərdən keçirilir, əhali üzrə analiz aparılır, elektron pərakəndə ticarət dövriyyəsinin əsas göstəriciləri təqdim olunur. Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili ilə bağlı ABB-nin 4-cü hesabatında isə 2025-ci ilin 3 rübündə paytaxtın daşınmaz əmlak bazarındakı əsas tendensiyalar izlənir. Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Xəbər

ABB Sumqayıtda 3-cü filialını açdı!

Sənaye əhəmiyyətinə və əhali sayına görə ölkəmizin ən böyük şəhərlərindən olan Sumqayıtda bank xidmət və məhsullarını daha da əlçatan etmək üçün ABB burada yeni bir filial açıb. Beləliklə, ABB-nin hazırda Sumqayıtda xidmət göstərən filiallarının sayı 3-ə çatıb. Yeni yaradılmış filial Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 509 ünvanında fəaliyyətdədir. ABB-nin bu şəhərdəki digər filialları isə 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində və Səməd Vurğun küçəsi - 112/14 ünvanında müştərilərin xidmətindədir. 3 saylı Sumqayıt filialının binası da Bankın yeni brend kimliyinə uyğun qurulub. Müştərilərə ən yüksək səviyyədə xidmət üçün burada hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən digər filialları kimi yeni filialda da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər. Sumqayıt şəhərində ABB-nin daha bir filialının açılması bizneslərin və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Səhifəni dəyərləndirin

Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!