Son yenilənmə: 04.07.2024
1. "ABB" ASC-nin Riskləri İdarəetmə Komitəsi:
2. "ABB" ASC-nin Korporativ İdarəetmə Komitəsi:
3. "ABB" ASC-nin Audit Komitəsi:
4. "ABB" ASC-nin Strategiya Komitəsi:
5. "ABB" ASC-nin Böyük Kredit Komitəsi:
6. "ABB" ASC-nin Orta Kredit Komitəsi:
7. "ABB" ASC-nin Kiçik Kredit Komitəsi:
8. "ABB" ASC-nin Aktiv və Passivləri İdarəetmə Komitəsi:
9. "ABB" ASC-nin İnformasiya Texnologiyaları Komitəsi:
Komitələrin əsas vəzifələri
Riskləri İdarəetmə Komitəsinin əsas vəzifələri
- Məcmu və ayrı-ayrı risk növləri üzrə bankın cari və gələcəkdəki risk iştahasına dair Müşahidə Şurasına təkliflər vermək;
- Bankın fəaliyyətinin risklərin idarə edilməsi siyasətinə uyğunluğunu təmin edən prosedurların mövcudluğuna nəzarət etmək;
- Kapital və likvidliyin idarəedilməsi üzrə bankın hədəflərinin, habelə Banka xas bütün risklərin, o cümlədən kredit, bazar, əməliyyat, reputasiya və digər risklərin bankın risk iştahasına uyğunluğuna nəzarət etmək;
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətləri seçmək və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
- Qəbul edilmiş metod və modellərin tətbiqindən əldə edilmiş nəticələri təhlil edərək risklərin effektiv idarə edilməsi üçün risklərin qəbul edilməsi, minimallaşdırılması, ötürülməsi, habelə riskdənqaçma kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı Bankın risklərin idarə edilməsinə məsul struktur bölməsinə müvafiq göstərişlər vermək;
- Bankın məruz qaldığı risklərin vəziyyəti və risklərin idarə edilməsi sisteminin effektivliyi barədə hesabat hazırlamaq və Müşahidə Şurasına təqdim etmək;
- Risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər hazırlamaq.
Korporativ İdarəetmə Komitəsinin əsas vəzifələri
- Bankın təşkilati və idarəetmə strukturunun qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət edir, aşkar olunan uyğunsuzluqlar və onların səbəbləri barədə Müşahidə Şurasını məlumatlandırmaq, eləcə də onların aradan qaldırılması, korporativ idarəetmənin təkmilləşdirilməsi və qanunvericilikdə baş verən dəyişikliklərin tətbiqi barədə Müşahidə Şurasına təkliflər vermək;
- Bankın korporativ idarəetməsinə dair ictimaiyyətə açıqlanacaq məlumatların vaxtında açıqlanmasını və dürüstlüyünü təmin etmək;
- Bankın mükafatlandırma siyasətini hazırlayaraq təsdiqlənməsi üçün Müşahidə Şurasına təqdim etmək, eləcə də onun mütəmadi təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
- Daxili və kənar hadisələrin Bankın mükafatlandırma siyasəti və prosesi üzərində təsirini nəzərdən keçirmək;
- Korporativ katibin mükafatlandırılmasını müəyyən etmək;
- Müşahidə Şurası, onun komitələrinin və İdarə Heyətinin üzvlüyünə yeni və potensial namizədlərlə bağlı tövsiyə və rəy vermək;
- Müşahidə Şurası, onun Komitələri və İdarə Heyəti üçün kadr ehtiyatının formalaşdırılması prosesinə nəzarət etmək;
- Qanunvericiliklə müəyyən olunmuş qaydada Bankın Müşahidə Şurasına hesabat təqdim etmək.
Audit Komitəsinin əsas vəzifələri
- Daxili audit yoxlama və monitorinqləri həyata keçirəcək auditorlara (yoxlama qrupuna) yoxlama vəsiqələrinin verilməsini təmin etmək;
- Departamentin direktoru və əməkdaşlarının işə qəbul olunması və əmək haqqı məbləğləri, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və ya azad olunması, habelə mükafatlandırılması və intizam tənbehinə cəlb edilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
- Daxili audit yoxlamalarının nəticələri və yoxlamaların nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılmasına, eyni zamanda daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təklif və tövsiyələr vermək;
- Kənar və daxili auditlər, habelə digər tənzimləyici və nəzarət orqanları tərəfindən Bankın daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin səmərəliliyinə dair verdikləri tövsiyələri nəzərdən keçirmək, tövsiyələrin yerinə yetirilməsi üzrə hazırlanmış tədbirlər planı üzrə rəy bildirmək, onun icrasına nəzarət etmək məqsədilə zəruri məlumatları İdarə Heyətindən əldə etmək;
- Kənar auditordan audit zamanı aşkar olunan mühüm nöqsanlar, faktlar və hadisələr haqqında məlumat(lar)ın Komitəyə dərhal verilməsini tələb etmək.
Strategiya Komitəsinin əsas vəzifələri
- İdarə Heyəti tərəfindən hazırlanmış Bankın strateji baxışının və missiya bəyanatının layihələrini qiymətləndirmək;
- Bankın inkişaf strategiyasının prioritet istiqamətlərini nəzərdən keçirərək Müşahidə Şurasının təsdiqinə təqdim etmək;
- Götürülən risklərin Bankın strategiyasına uyğunluğunun monitorinqini aparmaq;
- Strategiyanın təkmilləşdirilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər hazırlamaq;
- Komitə iclaslarının nəticələri barədə Müşahidə Şurasına qanunvericiliklə müəyyən edilmiş qaydada hesabat vermək;
- Ən azı ildə bir dəfə (tələb olunan hallarda isə dərhal) Bankın ümumi strategiyasını qiymətləndirmək;
- Bankın fəaliyyətinin nəticələrinin qəbul olunmuş strategiyaya uyğunluğuna nəzarət etmək;
- Qanunvericilik və bankdaxili hüquqi aktlardan irəli gələn digər vəzifələri icra etmək
Kredit Komitəsinin əsas vəzifələri
- Bankın kredit siyasətinə aidiyyəti üzrə baxmaq və onu Müşahidə Şurasının təsdiqinə təqdim etmək;
- Kreditlərin verilməsi və kredit öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək;
- Portfel səviyyəsində kreditlərin vaxtlı-vaxtında ödənilməsinə nəzarət etmək;
- Kredit şərtlərinin Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına zidd olmamasını təmin etmək;
- Portfel üzrə cəmləşmə riskinin qarşısını almaq məqsədilə kredit portfelinin diversifikasiyasına riayət olunmasına nəzarət etmək;
- Vaxtaşırı kredit portfelinin monitorinqi üzrə aidiyyəti üzrə hesabat almaq;
- Kreditlərin verilməsi üzrə səlahiyyətlərə və prosedurlara riayət edilməsini təmin etmək;
- Kreditlərin qaytarılması üçün görülən bütün tədbirlərin icrasına nəzarət etmək.
Aktiv və Passivləri İdarəetmə Komitəsinin əsas vəzifələri
- Strategiya və risklərin idarə edilməsi Komitəsinin tövsiyələri əsasında Müşahidə Şurası tərəfindən təsdiq edilmiş limit həddində bazar və valyutalar üzrə limitlər barədə qərarlar qəbul etmək;
- Komitənin səlahiyyətlərinə aid olan və ya ona həvalə olunmuş risklərin idarə edilməsi üçün müvafiq istiqamət və hədəflərlə bağlı qanunvericiliyə riayət edilməsini təmin etmək;
- Bankın nağd və nağdsız likvidlik vəziyyətini müntəzəm monitorinq etmək, bu istiqamətdə müvafiq limitləri təsdiqləmək;
- Faiz dərəcələrinə həssas aktiv və passivlərlə bağlı risklərin idarə olunması məqsədilə qərar qəbul etmək;
- Qanunvericiliklə müəyyən edilmiş məlumatları Müşahidə Şurasının müzakirəsinə təqdim etmək.
İnformasiya Texnologiyaları Komitəsinin əsas vəzifələri
- Bankın strategiyasından irəli gələn İT inkişaf strategiyasının prioritet istiqamətlərini hazırlamaq, baxılması və münasibət bildirilməsi üçün müvafiq idarəetmə orqanına təqdim etmək;
- Bankın strategiyasından irəli gələn və İT əsaslı strateji hədəflərin icrasını təmin edən strateji statuslu layihələrin həyata keçirilməsinə maneə yarada bilən halları nəzərdən keçirmək, onların aradan qaldırılması üçün aidiyyəti struktur bölmələrə tapşırıqlar vermək;
- Bankın İT fəaliyyətində fasiləsizliyinin pozulmasına səbəb ola bilən halları nəzərdən keçirmək, fasiləsizliyinin təmin edilməsi ilə bağlı İT sahəsində fəaliyyət göstərən struktur bölmələrə tapşırıqlar vermək;
- Bankın İT aktivlərindən bankdaxili qaydalara və qabaqcıl təcrübələrə uyğun adekvat və səmərəli istifadənin təmin edilməsinə nəzarət etmək;
- Bankın informasiya sistemlərinin təhlükəsizliyinin bankdaxili qaydalara və qabaqcıl təcrübələrə uyğun təmin edilməsinə nəzarət etmək;
- Banka məxsus informasiyanın məxfiliyinə, bütövlüyünə və əlçatanlığına təsir imkanına malik olan və Bank üçün işlər görən (xidmətlər göstərən) şəxslərlə (kontragentlər) aparılan işlərə nəzarət etmək;
- Bankdaxili qaydalara uyğun olaraq yüksək riskli hesab edilən İT insidentləri nəzərdən keçirmək, belə hallara qarşı preventiv tədbirlərin görülməsi ilə bağlı İT sahəsində fəaliyyət göstərən struktur bölmələrə tapşırıqlar vermək;
- Bankın büdcəsi bankdaxili qaydalara uyğun təsdiq edilənədək İT sahəsində fəaliyyət göstərən struktur bölmələrin, habelə ümumilikdə Bankın İT istiqamətli büdcəsini nəzərdən keçirmək, bununla bağlı qeydlərini bildirmək (olduqda);
- proqram təminatı, avadanlıqlar, eləcə Bankın İT fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi üçün satın alınması zəruri olan digər qurğulara dair məsələlərə satın alınmadan öncə baxmaq və müvafiq rəy vermək;
- dövrü olaraq alınmış İT investisiyalara nəzarəti və yenidən qiymətləndirilməsini təşkil etmək;
- informasiya təhlükəsizliyi risklərinin azadılması, İT sahəsində yeni texnologiyaların tətbiqi, eləcə də İT fəaliyyətində fasiləsizliyi təmin edən İT əsaslı xərclərin səmərəliliyini qiymətləndirmək və müvafiq rəy vermək;
- İT sahəsində yeni texnologiyaların, müasir trendlərin Bankda tətbiqinə dair İT sahəsində fəaliyyət göstərən struktur bölmələrə tapşırıqlar vermək;
- Bankın İT sahəsində fəaliyyət göstərən struktur bölmələrinin təşəbbüs göstərdiyi İT layihələrinin yaradılmasında müşahidəçi və məsləhətçi kimi fəaliyyət göstərmək;
- İT sahəsində “Agile” mühitində fəaliyyət göstərən struktur bölmələrin İT əsaslı əsas fəaliyyət göstəriciləri, məqsədləri (“objectives”) və əsas nəticələrini (“key results”) nəzərdən keçirmək və müvafiq rəy vermək;
- İT sahəsini tənzimləyən zəruri normativ sənədlərin, cari və fövqəladə hallar üzrə prosedurların və əməliyyat planlarının hazırlanmasını təmin etmək;
- bankdaxili və kənar yoxlayıcılar tərəfindən Bankda İT, eləcə də informasiya təhlükəsizliyi sahələrində aparılmış yoxlamalar nəticəsində aşkar edilmiş tapıntıları müzakirə etmək, onların aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul etmək;
- qanunvericilik və bankdaxili aktlarla müəyyən edilən digər vəzifələri icra etmək.