Məcid Həsən oğlu Məmmədov 1981-ci ildə anadan olub. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə magistr, İngiltərənin Warwick Biznes Məktəbində MBA dərəcəsi alıb.