Geri qayıtmaq

Komplayns

Komplayns siyasəti

“ABB” ASC-nin Komplayns Siyasətinin əsas məqsədi Banka qarşı tətbiq edilə biləcək sanksiya və digər təsir tədbirlərindən qoruyan qanunvericilik tələblərinin pozulması hallarının müəyyən edilməsi və qarşısının alınması, Bankın şəffaf fəaliyyətinin həyata keçirilməsi, dürüstlüyün, etik davranışın təşviqi, Bankın əməkdaşları və tərəfdaşları tərəfindən normativ-hüquqi aktlara əməl olunması, Bankın işgüzar nüfuzunun qorunması, müxbir əlaqələrinin və müştəri-Bank münasibətlərinin sağlamlaşdırılmasıdır. Bank komplayns proseslərini davamlı olaraq həyata keçirir.

İnsayd məlumat və bazar manipulyasiyası

“ABB” ASC-nin insayd məlumatlardan sui-istifadənin qarşısının alınması istiqamətində əsas məqsədi Bankın səhmdarlarının və müştərilərinin qanuni maraqlarının qorunması, əməliyyatlar aparılan zaman bu sahədə mövcud olan normativ aktlara uyğunluğun təmin edilməsi, əməkdaşların, müştərilərin və tərəfdaşların daxili məlumatlardan sui-istifadə etməsinin və qiymətli kağızlar bazarında manipulyasiyaların qarşısının alınmasıdır. Bank insayd məlumatlardan sui-istifadə hallarının qarşısının alınması istiqamətində bankdaxili normativ sənədləri qəbul edir, insayderlər haqqında məlumatları əks etdirən siyahının tərtib edilməsini və müntəzəm yenilənməsini və insayd məlumatlardan sui-istifadə hallarının mütəmadi monitorinqini həyata keçirir və bu sahədə uyğunluğu təmin edir.

Maraqlar toqquşmasına qarşı mübarizə

“"ABB” ASC-nin maraqlar toqquşmasına qarşı mübarizə Siyasəti” maraqlar toqquşmasının tənzimlənməsinin əsas prinsiplərini, məqsədlərini və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirləri müəyyən edir, müştərilərin və tərəfdaşların Banka etimadının artırılması, ədalətli müştəri xidməti və şəffaflıq prinsiplərinə əsaslanan yüksək korporativ idarəetmə standartlarının tətbiq edilməsini təmin edir. Bankın əməkdaşları onların şəxsi maraqlarının peşə fəaliyyətlərinə və obyektivliyinə təsir edə biləcək vəziyyətlərdən çəkinməlidirlər. Bank müştərilərindən, üçüncü tərəflərdən və tərəfdaşlarından maraqların toqquşmasının idarə edilməsi sahəsindəki standartlara riayət etmələrini gözləyir. Bankın maraqlar toqquşmasına qarşı mübarizə siyasəti mütəmadi əsaslarla yenidən qiymətləndirilir.

Etik davranış

““ABB” ASC-nin etik davranış Məcəlləsi” Bankın işçi heyəti, müştəriləri və tərəfdaşlarına münasibətdə davranış formalarını müəyyən edir. İşçi heyətinin işdə və işdən kənar davranışı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, başqa təşkilatlarda işləməsi, Bankın əmlakına münasibət, konfidensiallıq rejiminin və qanunçuluğun qorunması ilə bağlı məsələləri özündə ehtiva edir. Bank əməkdaşları iş prosesində peşəkarlıq, bərabərlik, korporativ mədəniyyətə və etik dəyərlərə riayət prinsiplərini rəhbər tuturaq fəaliyyət göstərməlidirlər. Bank öz fəaliyyətində əmək qanunvericiliyinin tələblərinə riayət edir və karyera inkişafı üçün işçilərə bərabər imkanlar yaradır, komanda ruhunun yüksək səviyyədə olduğu, problemlərin və anlaşılmazlıqların qarşılıqlı müzakirələrlə aradan qaldırıldığı, qarşılıqlı hörmətin əsas dəyər hesab edildiyi iş mühitinin qorunub saxlanılmasını korporativ həyatın əsas elementi hesab edir.

Korrupsiyaya qarşı mübarizə

ABB “Sıfır Tolerantlıq Prinsipi“nə (Zero Tolerance Principle) əsaslanaraq korrupsiyanı heç bir halda qəbul etmir. Bankın əməkdaşları inzibati, bürokratik və ya digər prosedurların asanlaşdırılması məqsədilə heç bir halda, istər birbaşa, istər dolayı yolla,  istər şəxsən və istərsə də üçüncü şəxslər vasitəsilə rüşvəti nə verə bilər, nə təklif edə bilər, nə də istəyə bilər. Bank işçiləri şəxsi maraqlarının və ya qərəzlərinin onların peşə vəzifələrinə əks-təsir etməsinə və ya Bankın müştərilərinin maraqları ilə toqquşmasına yol verməməlidir. Bank müştərilərdən, qarşı tərəflərdən və tərəfdaşlardan anti-korrupsiya və maraqlar toqquşmasının idarə edilməsi sahəsində olan standartlara riayət etmələrini gözləyir. Anti-korrupsiya və maraqlar toqquşmasının idarə edilməsi prinsipləri və standartları Bankda komplyans riskinin idarə edilməsində uyğunluğu və tutarlılığı təmin etmək məqsədilə qurulmuşdur.

Komplayns siyasəti

ABB Mobile
YÜKLƏ