Səhifəni dəyərləndirin
Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
Satınalma siyasətimiz, təchizatçı tələbləri və tərəfdaşlıq imkanları haqqında ətraflı məlumat əldə edin. Təchizat proseslərimizdə şəffaflıq, səmərəlilik və davamlılığı təmin edirik.
ABB-nin satınalma prosedurlarında iştirak etmək üçün hər bir təchizatçının ilkin olaraq elektron platformada qeydiyyatdan keçməsi və ixtisasuyğunluğunun yoxlanılması zəruridir. ABB-nin etibarlı təchizatçılar siyahısına əlavə olunmaq istəyən təchizatçılar aşağıdakı link vasitəsilə ilkin qeydiyyat məlumatlarını daxil etməlidir. İlkin qeydiyyat məlumatları təsdiqləndikdən sonra elektron platformaya ətraflı məlumatların daxil edilməsi üzrə müvafiq təchizatçıya sistem tərəfindən avtomatik məktub göndəriləcəkdir.
ABB-nin etibarlı təchizatçılar siyahısına əlavə olunmaq istəyirsinizsə ilkin qeydiyyat məlumatlarını daxil edərək qeydiyyatdan keçin
Təchizatçı anketi