Fikirlərinizi bizimlə bölüşün. Rəyləriniz dəyərlidir!
ABB-AZAL Miles kartları ilə ödənişlər millərə, millər aviabiletə çevrilir.


Etdiyiniz hər 3 azn mil hesablanan ödənişdə 1 mil (hər 1 azn üçün 0.333 mil) qazanacaqsınız.

Kartınız aktiv olduqda heç bir dövriyyə şərti olmadan 300 Xoşgəldin mili qazanacaqsınız.

Millərlə aldığınız biletlərdə 23 kq baqaj əldə edəcəksiniz.



Kart sifarişi üçün şəxsi məlumatlarınızı daxil edin.




Transfer (ildə 3 dəfə)
ABB-AZAL Miles Visa Platinum Abunəlik kart sahibləri üçün xüsusi pulsuz transfer xidməti təqdim olunur. Visa Platinum kartı ilə il ərzində 3 dəfə Bakı (Heydər Əliyev Beynəlxalq Aeroportu), İstanbul (IST, SAW), Alanya, Antalya, Bodrum və İzmir, BƏƏ-nin Dubay, Əbu-Dabi beynəlxalq hava limanlarına gediş və gəliş zamanı yeni Mercedes-Benz biznes sinifi avtomobilləri ilə bu xidmətdən istifadə etmək mümkündür. Üstəlik, bu xidmətdən istənilən aviaşirkət ilə uçuş zamanı istifadə edə bilərsiniz. Hər avtomobildə maksimum 4 nəfərin transferi nəzərdə tutulur.
Fast Track (ildə 3 dəfə)
ABB-AZAL Miles Visa Platinum Abunəlik kartları üzrə ildə 3 dəfə (Bakı və beynəlxalq keçidlər daxil olmaqla) bu üstünlükdən istifadə etmək mümkündür. Üstəlik, bu xidmətdən istənilən aviaşirkət ilə uçuş zamanı istifadə edə bilərsiniz.
Lounge zallar (ildə 3 dəfə)
ABB-AZAL Miles kartı ilə dünyanı daha rahat və xüsusi üstünlüklərlə kəşf edin. Dünyanın müxtəlif hava limanlarındakı Lounge zallarına və Heydər Əliyev Beynəlxalq Hava Limanının 1-ci terminalında “Absheron” zalına, 2-ci terminalında isə “Muğam” zalına giriş mümkündür. ABB-AZAL Miles Visa Platinum Abunəlik kartı ilə il ərzində 3 dəfə bu xidmətdən yararlana bilərsiniz. Üstəlik, bu xidmətdən istənilən aviaşirkət ilə uçuş zamanı istifadə edə bilərsiniz.
Data rouminq (ildə 2 dəfə)
Rouminq xidmətindən il ərzində 2 dəfə, hər biri 2GB olmaqla sürətli internet xidməti əldə edəcəksiniz.
Sağlamlıq xidmətləri
İl ərzində 2 dəfə pulsuz D vitamini və Covid-19 testi keçə bilərsiniz.
Costa Coffee-dən endirimlər
Costa Coffee-dən 2 dəfə pulsuz kofe və hər alışda 10% endirim əldə edəcəksiniz.
DigiTravel ödənişlərindən millər
DigiTravel vasitəsilə ABB Mobile-da aviabilet alışı edin, ödənişi ABB-AZAL Miles ko-brend kartınızla tamamlayın və tarifinizə uyğun mil qazanın.
Konsyerj xidməti
ABB-AZAL Miles kart sahibləri üçün 24/7 fəaliyyət göstərən, azərbaycan, rus və ingilis dillərində Çatbot Konsyerj Xidməti mövcuddur.
Ölkəxarici və ölkədaxili bütün kartlara 3.000 AZN-dək köçürmə komissiyasızdır.

Ölkəxarici və ölkədaxili bütün ATM-lərdə 3.000 AZN-dək nağdlaşdırma komissiyasızdır.

Digər bank kartlarından mədaxil pulsuzdur.

ABB-AZAL Miles Visa Platinum Abunəlik gündəlik alış-verişlərdən mil toplamaq və topladığınız millərdən aviabilet əldə etmək imkanı verir. Kartla etdiyiniz mil hesablanan ödənişlər üzrə mil qazana və topladığınız millərdən səyahətləriniz zamanı istifadə edə bilərsiniz. Kart sahibləri bununla yanaşı, səyahət zamanı müxtəlif əlavə xidmətlərdən və tərəfdaş üstünlüklərindən də yararlana bilərlər.
ABB-AZAL Miles Visa Platinum kartı ilə mil hesablanan ödənişlər etdikdə mil toplamaq mümkündür. Hər 3 AZN mil hesablanan ödənişə görə 1 mil qazanılır. Kart aktiv olduqda heç bir dövriyyə şərti olmadan 300 Xoşgəldin mili də əldə edə bilərsiniz. Kart sahibləri səyahət zamanı ildə 3 dəfə transfer, Fast Track və Lounge xidmətlərindən istifadə edə bilərlər. Həmçinin ildə 2 dəfə, hər biri 2 GB olmaqla data rouminq xidmətindən yararlanmaq mümkündür. Kart üzrə təqdim olunan digər imkanlara sağlamlıq xidmətləri, Costa Coffee-də endirimlər, DigiTravel ödənişlərindən mil qazanmaq və 24/7 Konsyerj xidmətindən istifadə daxildir. Bu üstünlüklər kartdan gündəlik istifadə ilə yanaşı, səyahət zamanı da əlavə imkanlardan yararlanmağa şərait yaradır.
ABB-AZAL Miles Visa Platinum kartı ilə toplanan millərdən aviabilet əldə etmək üçün istifadə etmək mümkündür. Millərlə alınan biletlərdə 23 kq baqaj əldə edə bilərsiniz. Beləliklə, topladığınız millərdən səyahət zamanı aviabilet və baqaj imkanlarından yararlanmaq üçün istifadə edə bilərsiniz. Daha çox kart variantını müqayisə etmək istəyirsinizsə, ABB-nin təqdim etdiyi debet kartları bölməsinə nəzər sala bilərsiniz.