“ABB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Elektron sənəd dövriyyəsi sisteminin satın alınmasına dair tender zərflərinin açılışı baş tutmuşdur.
Müsabiqənin tələblərinə cavab verən “Bestcomp Group” MMC qalib elan olunaraq, həmin şirkətlə müqavilənin bağlanması qərarı qəbul edilmişdir.