Son yenilənmə: 25.01.2023
Səhmlərin növü: adi sənədli adlı
Qeydiyyat nömrəsi: AZ1004004581
Nominal dəyəri: 27 (iyirmi yeddi) qəpik (AZN)
ABB səhmdarlarının hüquqları:
- Emitentin idarə edilməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə və Emitentin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək.
- Qanunvericiliklə müəyyən edilmiş qaydada, Emitentin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq.
- Emitentin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək.
- Emitentin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək.
- Emitentin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək.
- Emitentin fəaliyyətinin təftiş komissiyası (müfəttiş) tərəfindən yoxlanılmasını tələb etmək.
- Emitentin xalis mənfəətindən dividend almaq.
- Emitentin fəaliyyətinə xitam verildikdə, onun kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Emitentin yerdə qalan əmlakının müəyyən hissəsini almaq.
- Azərbaycan Respublikasının qanunvericiliyində və Emitentin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlar.