1975-ci ildə anadan olub. Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.
Özəl hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. 2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Aparat rəhbəri, Azərbaycan Respublikası təhsil nazirinin müavini, Azərbaycan Respublikası vergilər nazirinin müavini, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müavini olub.
Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisidir.