1977-ci ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit” fakültəsini bakalavr və magistr dərəcələri üzrə bitirib. 2001-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kafedrasının aspirantı olub. Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində "Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. Fulbright proqramı ilə ABŞ-ın Corc Vaşinqton Universitetinin "Maliyyə” departamentində post-doktorantura proqramının məzunu olub.
Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayıb və burada müxtəlif vəzifələrdə, o cümlədən Statistika departamentinin direktoru vəzifəsində çalışıb. 2019-cu ilin dekabr ayından Azərbaycan Respublikası Baş nazirinin köməkçisidir. Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının katibidir.