Geri qayıtmaq

Təqaüdçülər arasında şahmat üzrə respublika çempionatı

ABB Azərbaycan Şahmat Federasiyası ilə birgə öz təqaüdçü müştəriləri arasında respublika çempionatı keçirib. “ABB-2018” çempionatı bankın çoxsaylı korporativ sosial məsuliyyət layihələrindən biridir. Burada məqsəd yaşlıların ictimai aktivliyinə töhfə vermək, eyni zamanda təqaüdçülərin maliyyə savadlılığını dəstəkləməkdir.

“Landmark” biznes mərkəzinin ayırdığı zalda mayın 29-dan başlayaraq 5 gün davam edən çempionata ölkəmizin müxtəlif regionlarından şahmat dərəcələri olan 30-dan çox şahmatçı qatılıb. Çempionatda 1-ci yerə 7 xalla Həmzə İsmayılov çıxıb. O, fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. Həmzə İsmayılov uzun illər elmi-pedaqoji fəaliyyətlə məşğul olub: “67 yaşım var. ABB-nin təqaüdçüsüyəm. 50 ilə yaxındır ki, şahmatla məşğulam. Çempionat çox yüksək səviyyədə təşkil edilmişdi. İlk dəfədir ki, şahmat üzrəAzərbaycan çempionu oldum. Ən böyük arzum bundan sonra veteranlar arasında dünya birinciliyində iştirakdır”. Həmzə İsmayılovla yanaşı, çempionatda növbəti 7 yerin qalibi olan təqaüdçülərə də bank tərəfindən sertifikat, hədiyyə və pul mükafatları təqdim edilib.  

ABB-nin Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, bank təqaüdçülərin ictimai fəallığını dəstəkləyən bu cür korporativ sosial məsuliyyət layihələrini gələcəkdə də davam etdirmək niyyətindədir: “Təqaüdçülərimiz şahmat çempionatında böyük fəallıq göstərdilər. Çempionata regionlardan da iştirakçılar qatılmışdı. Çox maraqlı bir tədbir alındı. Açılış mərasimindəiştirakçılarımıza bank əməliyyatlarının təhlükəsizliyi, plastik kartlardan istifadə qaydaları, ATM-lərdə əməliyyatlar, onlayn ödənişlər, SMS-xəbərdarlıq xidməti barədə maarifləndirici təqdimatlarımız oldu. Düşünürük ki, bununla təqaüdçülərimizin maliyyə savadlılığına da fayda verə bildik”.   

Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov isə bildirib ki, cəmiyyətdə şahmata marağın artırılmasında bu cür layihələrin rolu böyükdür: “Azərbaycanda yaşlı insanlar arasında kifayət qədər peşəkar şahmatçılar var. Biz hər il onlar üçün yarışlar təşkil edirik. Cəmiyyətimizdə şahmatı təbliğ etməyə çalışırıq. ABB kimi böyük biznes qurumlarının da bu məsələdə bizədəstəyi çox əhəmiyyətlidir”

ABB Mobile
YÜKLƏ