Geri qayıtmaq

Media nümayəndələri üçün qeyri-adi təlim

Ənənələrə sadiq qalan ABB milli mətbuatımızın 143-cü ildönümü münasibətilə media nümayəndələrini yeni və maraqlı bir formatda bir araya gətirib. Bank jurnalistlər, bloggerlər, jurnalist-tələbələr üçün “Jurnalistikada kommunikasiya effekti: ünsiyyətdən həmrəyliyə” mövzusunda təlim təşkil edib. Amma ənənəvi təlimlərdən fərqli olaraq media mənsubları bu dəfə hər hansı nəzəri mühazirə dinləməyiblər. Təşkil edilən komanda oyunları, kollektiv şəkildə yerinə yetirilən tapşırıqlar, qurulan strategiyalar və verilən birgə qərarlarla kommunikasiya proseslərinin birbaşa iştirakçısına çevriliblər.

Təlimi Azərbaycanın biznes məkanında kifayət qədər tanınmış - təlim, fərdi inkişaf və komanda quruculuğu üzrə korporativ məsləhətçi, Lego SP, Avropa Şurasının insan kapitalı eksperti Marina Daliba aparıb. Belə bir təlimin təşkilində məqsəd media nümayəndələri arasında əlaqələri, həmrəylik ruhunu gücləndirmək, onları komanda quruculuğu, kommunikasiya sahəsində yeni təcrübələrlə tanış etmək olub. Təlimə müxtəlif televiziya və radio qurumlarından, informasiya agentliklərindən, qəzetlərdən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən, eləcə də fərdi jurnalistlər və bloggerlər arasından 60-dan çox iştirakçı qatılıb.

ABB Mobile
YÜKLƏ